“Ölkəmizdə düşünülmüş iqtisadi siyasət aparılır“
Tarix: 31.07.2018 | Saat: 14:44:00 | E-mail | Çapa göndər



“Azərbaycanda son illər aparılan sürətli iqtisadi islahatlar ölkəmizin iqtisadi inkişafının dinamikliyini qoruyub saxlamaqla yanaşı vətəndaşların sosial vəziyyətinin də yaxşılaşmasına gətirib çıxarıb. Mütəmadi icra olunan sosial infrastruktur layihələri ölkəmizin yenidən qurularaq simasını dəyişib. Bu gün heç kim inkar edə bilməz ki, yol infrastrukturumuz günü-gündən yaxşılaşaraq MDB məkanında 1-ci yerə çıxıb”. Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.
Onun sözlərinə görə, yeni tikilən məktəblər, səhiyyə müəssisələri, içməli su-kanalizasiya xidmətlərinin müasirləşməsi, qazlaşması, informasiya kommunikasiya texnologiyalarının inkişafı və s. qeyd etmək olar ki, hamımızın gözümüzün qabağında baş verir: “Eyni ilə dövlət dəstəyi ilə sahibkarlığın inkişafı istiqamətində atılan addımlar ölkəmizdə qeyri-neft sektorunu kifayət qədər inkişaf etdirib. Bu da ölkə iqtisadiyyatının ayrı-ayrı sektorlarında çalışanların əməkhaqqı səviyyəsinin kifayət qədər yüksəlməsinə şərait yaradıb. Düzdür, dövlət büdcəsindən maliyyələşən bəzi təşkilatlarda əməkhaqqılar çox da yüksək olmasa da mütəmadi qaldırılır və ümumilikdə götürüldükdə istehsal və xidmət sahələrində çalışanların əməkhaqqları kifayət qədər yüksələrək ölkəmizdə orta aylıq əmək haqqının yuxarı olmasını şərtləndirib. MDB üzrə Rusiyanın Milli Araşdırma Universitetinin Sosial Siyasət Tədqiqatları İnstitutunun araşdırmasında Azərbaycanda orta aylıq əmək haqqı 306,7 dollar qeyd olunub.
Rusiyanın Milli Araşdırma Universitetinin Sosial Siyasət Tədqiqatları İnstitutu MDB ölkələri arasında əməkhaqqlarının səviyyəsini araşdıraraq reytinqini açıqlayıb və burada Azərbaycanın ilk beşlikdə 4-cü yerə layiq görülməsi təbii haldır. Düşünürəm ki, həyata keçirməyimizə başladığımız Milli iqtisadiyyat və iqtisadiyyatın əsas 11 aparıcı sektoru üzrə Strateji Yol Xəritələrin vaxtında icrası və başladığımız iqtisadi islahatların dərinləşməsi yaxın gələcəkdə Azərbaycanın reytinqini 1-ci yerə çıxaracaq. Çünki, ölkəmizdə gələcəyə hesablanmış düşünülmüş iqtisadi siyasət aparılır ki, bunun da bəhrəsini yaxın gələcəkdə hamımız görəcəyik”.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ermənistan yaxın zamanlarda KTMT-də tamamilə təklənəcək
16.11.2018
Rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almalıdır
16.11.2018
Razılaşmanın düzgün və milli mənafelərə uyğun olduğunu düşünürəm
15.11.2018
Çavuşoğlu: “Star” neft emalı zavodu ilə Azərbaycan Türkiyədə ən böyük investor oldu”
15.11.2018
Bu gün Azərbaycan elminin əsas problemi – alimlərin məvaciblərinin aşağı olmasıdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info