“Azərbaycan MDB üzrə əməkhaqqının səviyyəsinə görə ilk beşlikdə qərarlaşıb”
Tarix: 31.07.2018 | Saat: 15:04:00 | E-mail | Çapa göndər


“Azərbaycan MDB üzrə əməkhaqqının səviyyəsinə görə ilk beşlikdə qərarlaşıb. Azərbaycan üçün xüsusən 2015-ci ildə devalvasiyadan sonra yenidən MDB-də əməkhaqqı, həm də digər göstəricilər üzrə öz mövqeyini yaxşılaşdırması çox vacib idi”. Bunu iqtisadçı-ekspert Vüqar Bayramov deyib.
İqtisadçının sözlərinə görə, 2017-ci il Azərbaycan iqtisadiyyatında strateji il oldu. 2018-ci ildə Azərbaycan yenidən sürətli addımını bərpa etdi: “2018-ci ilin birinci yarım ilin nəticələri ondan xəbər verdi ki, həm ümumi daxili məhsulda (ÜDM), həm də makro iqtisadi göstəricilərdə artım tempinə nail olunub. Nəticə etibarilə bu tempin də sosial sferaya, eləcə də əməkhaqqına transformasiyası müşahidə olunur. Təbii ki, ölkəmizin əhəmiyyətli səviyyəsinə görə MDB-də ilk beşliyə daxil olması müsbət haldır.
Xüsusilə nəzərə almaq lazımdır ki, növbəti illərdə Azərbaycanın yerinin daha da yaxşılaşacağı gözünür. Çünki iqtisadiyyatın stabilləşməsi və bütün beynəlxalq maliyyə qurumları tərəfindən də 2018-ci il daxil olmaqla növbəti illərdə iqtisadi artımın proqnozlaşdırılması orta aylıq əməkhaqqı tempinə də təsir göstərəcək. Bu həm dövlət, həm də özəl sektorda özün büruzə verəcək. Təbii ki, bu da ölkəmizin növbəti illərdə yerinin daha da yaxşılaşmasına səbəb olacaq. MDB-də əməkhaqqının səviyyəsinə görə ilk beşliyə daxil olmaq müsbət hal kimi qiymətləndirilməlidir”.
Qeyd edək ki, Rusiyanın Milli Araşdırma Universitetinin Sosial Siyasət Tədqiqatları İnstitutu MDB ölkələri arasında əməkhaqqı reytinqini açıqlayıb. Reytinqin nəticələrinə əsasən, 2017-ci ildə əməkhaqqı səviyyəsi Tacikistanda 137 dollar, Qırğızıstanda 216,3 dollar olub. Bu, MDB və keçmiş sovet ölkələri arasında orta aylıq əməkhaqqı səviyyəsinə görə ən aşağı göstəricidir.
Əməkhaqqının ən yüksək olduğu ölkə Rusiyadır. Burada orta aylıq əməkhaqqı 670,9 dollar təşkil edir. İkinci yerdə 459,1 dollarla Qazaxıstan, üçüncüdə 421,9 dollarla Belarus, 4-cü yerdə 306,7 dollarla Azərbaycan, 5-ci yerdə 308,4 dollar əməkhaqqı ilə Moldova, 6-cı yerdə isə 272,9 dollarla Ukrayna qərarlaşıb




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Səkkiz ayda istehsal edilmiş tikinti materiallarının dəyəri 31,7 faiz artıb
22.09.2018
Samux rayonunda 11 min tondan çox tərəvəz istehsal olunub
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info