11 yaşayış məntəqəsini əhatə edən yolların bərpası yekunlaşır
Tarix: 31.07.2018 | Saat: 17:02:00 | E-mail | Çapa göndər


Quba rayonunda 11 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun yenidən qurulması yekunlaşmaq üzrədir.
 
Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, Quba rayonunda həyata keçirilən yol infrastrukturu layihələri sırasında başlanğıcını M1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolundan götürən 33 km-lik İdrisqışlaq-Qasımqışlaq-Xaspolad-Zərqava-Aspərəsti-Çayqışlaq marşrutu üzrə uzanan yollardır.
 
"Sözügedən yolların uzun müddət təmir olunmadan istismarı nəticəsində yolda çökmələr, deformasiyalar əmələ gəlib, yolun çınqıl və qara örtüyü tamamilə sıradan çıxıb, üstəgəl yol bəzi hissələrdə kənar relyefdən aşağı səviyyədə idi və torpaq yatağının eni standartlara cavab vermirdi. Sadalanan problemlərin, o cümlədən yollar boyu hərəkət nəticəsində yaşanan maneələrin dərhal aradan qaldırılması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi marşrut üzrə lazımi sayda qüvvə cəlb etməklə təxirəsalınmaz tədbirlərə start vermişdi", - deyə məlumatda vurğulanıb.
 
11 yaşayış məntəqəsini əhatə edən digər İdrisqışlaq-Qasımqışlaq-Xaspolad-Zərqava-Aspərəsti-Çayqışlaq avtomobil yolunun IV texniki dərəcəyə uyğun yenidən qurulması yekunlaşır.
 
Layihəyə uyğun olaraq mövcud yararsız asflat-beton örtük 5400 kub.m həcmdə sökülərək daşınıb, yolun torpaq yatağı genişləndirilib, yararsız qrunt 31 min kub.m həcmdə qazılıb çıxarılıb, qazılmış və genişləndirilmiş hissələrdə yararlı qrunt tökülərək hissə-hissə yayılıb və kipləşdirmə işləri aparılıb. Bu işlərin həcmi 48 min kub.m təşkil edib.
 
Texnoloji ardıcıllığa uyğun olaraq daha sonra yol əsasının alt layı 20 sm hündürlükdə qum-qırmadaş, əsasın üst layı isə 16 sm hündürlükdə optimal-çınqıl qarışıqlardan istifadə edilməklə təqribən 350 min kv.m sahədə inşası aparılıb.
 
Yol əsasının inşası yekunlaşmış ərazilərin isə artıq asfaltlanmasına start verilib. Əlaqələndirici bitum səpilməklə iri dənəli asfalt-beton qarışığından istifadə edilməklə örtüyün alt layı 7 sm qalınlıqda, xırda dənəli qarışıqdan istifadə edilməklə isə üst layı 5 sm qalınlıqda salınır. Bu işlər təqribən 200 min kv.m sahəni əhatə edir.
 
Asfaltlanma işlərinin ardınca növbəti mərhələdə 100 min kv.m sahədə çiyin hissələrin optial-çınqıl materialı ilə bərkidilməsi, 2 min kv.m sahədə isə yol birləşmələrinin təmiri işləri görüləcək.
 
Tikinti norma və standartlarına uyğun olaraq yol boyu suötürücü borular yararsız vəziyyətdə olduğu üçün müxtəlif diametrli 44 ədəd 528 paqon-metr uzunluğunda olan dairəvi dəmir-beton boruların quraşdırılması, boru başlıqlarının monolit-betonla tikintisi işləri aparılıb.
 
 
 
İdrisqışlaq-Qasımqışlaq-Xaspolad-Zərqava-Aspərəsti-Çayqışlaq marşrutu üzrə müasir yol infrastrukturunun yaradılması üçün icra olunan layihə çərçivəsində 148 ədəd yol nişanının, 33 ədəd km göstəricisinin və 1350 ədəd siqnal dirəyinin quraşdırılması, hərəkətin normal təşkili üçün 99 km uzunluğunda yolcizgi və yolgöstərici xətlərin, həmçinin 3 min metr yol birləşmələri və piyada keçidlərində piyada zolağının çəkilməsi nəzərdə tutulub.
 
 
"Təbii ki, sözügedən istiqamət üzrə yolların əsaslı şəkildə yenidən qurulmasında məqsəd vətəndaşların rahat gediş-gəlişini təmin etmək, yük və sərnişin daşımasını rahatlaşdırmaqla qeyd olunan ərazilərdə vətəndaşların sosial rifah halına müsbət təsir edən kənd təsərrüfatının və turizmin inkişafı sürətləndirməkdir", - deyə məlumatda vurğulanıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
Ölkədəki fərdi sahibkarların sayı 842 mini ötüb
22.01.2019
Azərbaycanda FAO ilə birgə 4 layihənin icrasına başlanılacaq
22.01.2019
Əhalinin banklardakı pulları artır
22.01.2019
FAO-Azərbaycan Tərəfdaşlıq Proqramının açılış mərasimi keçirilib
22.01.2019
Kənd təsərrüfatı məhsulunun ümumi həcmi 4,6 faiz artıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
3 “Mənim güc mənbəyim Bakıdadır”
4 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
5 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info