Naxçıvan Dövlət Teleradiosu müasir avadanlıqlarla təmin olunub
Tarix: 31.07.2018 | Saat: 17:04:00 | E-mail | Çapa göndər


Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Dövlət Teleradiosunun maddi-texniki bazasının möhkəmləndirilməsi və yaradıcılıq işinin təkmilləşdirilməsi ilə bağlı “Tədbirlər planı”nın təsdiq edilməsi barədə” 2018-ci ilin 6 fevral tarixli Sərəncamı bu sahənin inkişafında müstəsna əhəmiyyət kəsb edib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu sözləri Naxçıvan televiziyasında keçirilən iclasda çıxış edən Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri Sahil Tahirli deyib.
Komitə sədri qeyd edib ki, Tədbirlər planının icrası çərçivəsində ən müasir yayım və çəkiliş avadanlıqları alınıb, yeni yaradıcılıq redaksiyaları təşkil olunub. Bu ilin aprel ayında Naxçıvanın ilk rəsmi informasiya agentliyi olan “Nuhçıxan” İnformasiya Agentliyi fəaliyyətə başlayıb, televiziyanın mütəxəssisləri tərəfindən agentliyin yeni internet saytı hazırlanıb. Televiziyada ilk dəfə Xalq Çalğı Alətləri Ansamblı yaradılıb.
Bu il iyun ayının 15-dən televiziyanın və radionun efir vaxtlarının daha bir saat artırılaraq 19 saata çatdırıldığını vurğulayan komitə sədri kinooperatorlara ustad dərslərinin keçirilməsi üçün Bakı şəhərindən mütəxəssis dəvət olunmaqla praktik təlimlərə başlanıldığını bildirib. Qeyd olunub ki, artıq televiziyanın “Xəbərlər” proqramı Azərbaycan dili ilə yanaşı, ingilis dilində də yayımlanır. Avqust ayından isə xəbərlər rus dilində də tamaşaçılara təqdim ediləcək.
Komitə sədri beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səkkizinci sessiyasında kütləvi informasiya vasitələrinin, o cümlədən televiziya və radionun da qarşısında bir sıra tapşırıqların qoyulduğunu diqqətə çatdırıb. Sahil Tahirli deyib ki, informasiya-məlumatlandırma işinin səmərəli təşkili, sosial şəbəkələrdə ictimaiyyətin düzgün istiqamətləndirilməsi işi bundan sonra da sistemli şəkildə davam etdiriləcək.
Komitənin Proqram direksiyasının direktoru İlkin Rzayev, “Nuhçıxan” İnformasiya Agentliyinin baş redaktoru Səməd Canbaxşıyev, televiziyanın İctimai-siyasi məsələlər redaksiyasının baş redaktoru Ramal Məmişov, radionun İctimai-siyasi verilişlər redaksiyasının baş redaktoru Məhəmməd Fərəcov görülən işlər barədə məlumat veriblər. Bildirilib ki, ötən 6 ayda televiziyada yüzlərlə film və veriliş hazırlanıb, tamaşaçı və dinləyicilərə operativ informasiyalar çatdırılıb, ünvanlı proqram siyasəti həyata keçirilib.
İclasın sonunda 2018-ci ilin ikinci yarısında görüləcək işlər müzakirə edilib və redaksiyalar üzrə konkret fəaliyyət istiqamətləri müəyyənləşdirilib.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb
21.09.2018
Leysan yağacaq, dolu düşəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info