Yeni qatarların alınması mərhələli davam edir
Tarix: 31.07.2018 | Saat: 19:24:00 | E-mail | Çapa göndər


“Bakı metropolitenində köhnə qatarların kondisionerlə təchizatı mümkün deyil”.
Bunu keçirdiyi mətbuat konfransında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
Onun sözlərinə görə, həmin qatarların kondisionerlə təchiz edilməsi həmin qatarların konstruksiyasında nəzərdə tutulmayıb: "Bu yalnız yeni alınan qatarlarda mümkündür. Yeni qatarların alınması mərhələli davam edir. Qatarlar istismar müddətini başa vurduqca xətdən çıxarılır. Praktik olaraq köhnə vaqonlara kondisioner quraşdırılması mümkün deyil".
Qurum rəsmisi həmçinin bildirib ki, yeni vaqonların alınması iki halda mümkün ola bilər: "Birincisi köhnə vaqonlar istismar müddətini başa vurduğu zaman mümkündür. Bir vaqonun istismar müddəti 31 ildir. Köhnə vaqonlar istismar müddətini başa vurduqdan sonra onlar yeniləri ilə əvəz olunacaq. Burada da əsas məqsəd sərnişinlərin rahatlığını təmin edən vaqonları alıb istismara verməkdir. İkinci halda isə əgər yeni stansiyalar istismara verilsə, tələbata uyğun olacaq yeni qatarlar da sifariş verilə bilər. Yəni, yeni vaqonların hazırlanması sifariş əsasında olur".
Tural




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Ölkənin metallurgiya sənayesində 13 faizdən çox artım müşahidə olunub
22.09.2018
Səkkiz ayda istehsal edilmiş tikinti materiallarının dəyəri 31,7 faiz artıb
22.09.2018
Samux rayonunda 11 min tondan çox tərəvəz istehsal olunub
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info