Azərbaycan “Müasir və dünyəvi ölkədə İslam“ adlı beynəlxalq konfransa dəvət alıb 
Tarix: 31.07.2018 | Saat: 20:19:00 | E-mail | Çapa göndər


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Qırğızıstan Respublikasının Azərbaycandakı müvəqqəti işlər vəkili Bakıt Yusupov ilə görüşüb.
Komitədən verilən məlumata görə, görüşdə Dövlət Komitəsinin sədri iki ölkə arasında münasibətlərin tarixi köklərə və ortaq dəyərlərə əsaslandığını bildirib. Mübariz Qurbanlı Azərbaycanda mövcud olan dövlət-din münasibətlərindən, multikultural mühitdən, digər dinlərin nümayəndələrinə qarşı tolerant münasibətdən, milli-mənəvi dəyərlərimizə göstərilən diqqət və qayğıdan, eləcə də mədəniyyətlərarası dialoqun daha da inkişaf etdirilməsi məqsədi ilə görülən işlərdən ətraflı söz açıb.
Söhbət zamanı günümüzdə dindən sui-istifadə hallarının artdığını deyən Dövlət Komitəsinin sədri radikal ünsürlərə qarşı birgə mübarizə və təcrübə mübadiləsinin zəruriliyini nəzərə çatdırıb.
Bakıt Yusupov Azərbaycanın nümunəvi dünyəvilik modelinin bir çox ölkələr üçün örnək olduğunu bildirib. Ölkəsinin bütün beynəlxalq təşkilatlarda Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini qeyd edən diplomat ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsi, İslam dünyasının mədəni-mənəvi vəhdətinin qorunub saxlanılması və inkişaf etdirilməsi yolunda iki ölkənin səylərinin gücləndirilməsinin vacibliyini vurğulayıb.
Səmimi qəbula görə təşəkkürünü bildirən qonaq Dövlət Komitəsinin rəhbərliyini 15-16 noyabr tarixlərində Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçiriləcək “Müasir və dünyəvi ölkədə İslam“ adlı beynəlxalq konfransa dəvət edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur
16.11.2018
“Azərbaycanda hakimlərin sayı azdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info