Cocuq Mərcanlıda 25 nəfər özünüməşğulluq proqramına cəlb edilib
Tarix: 31.07.2018 | Saat: 20:38:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən icra edilən və aztəminatlı ailələrin sahibkarlığa çıxışına imkan yaradan özünüməşğulluq proqramı Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndini də əhatə edir.
Cocuq Mərcanlı kəndində özünüməşğulluq proqramında iştirak etmək üçün müraciət edən şəxslərdən müvafiq potensiallara malik 25 nəfər özünüməşğulluq proqramına cəlb olunub. İlkin mərhələdə onlar üçün kiçik biznesin təşkili üzrə bilik və bacarıqlara yiyələnmələri məqsədilə iki qrup üzrə təlim kursları təşkil edilib.
Qruplardan biri üzrə 13 nəfər artıq kursu başa vurub, təqdim etdikləri biznes-planları qiymətləndirmə zamanı müsbət dəyərləndirilib. Bu biznes-planların böyük əksəriyyəti kənd təsərrüfatı sahələri üzrə kiçik ailə təsərrüfatlarının yaradılmasını nəzərdə tutur.
Digər qrup üzrə 12 nəfərin təlim prosesi isə davam edir.
Təlim kurslarını başa vuranların uğurlu hesab edilən biznes-planları üzrə kənddə kiçik ailə təsərrüfatlarının yaradılması, məşğulluq imkanlarının artırılması, nəticə etibarilə burada kiçik sahibkarlığın inkişafının dəstəklənməsi məqsədilə yaxın vaxtlarda aktivlərlə (mal və materiallarla) təminatın həyata keçirilməsinə başlanacaq.

Tural




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
Dumanlı hava şəraiti ilə bağlı sürücü və piyadalara xəbərdarlıq
21.01.2019
“Milliön”dən gizli yolla 122 min manatdan çox vəsaiti talamış şəxs saxlanılıb
21.01.2019
Biləsuvarda 1176 yerlik yeni məktəb binası tikilir
21.01.2019
“AtaSığorta”: “Sığorta yığımları 8,7 milyon manat artıb”
21.01.2019
Ölkəyə narkotik vasitə keçirilməsinin qarşısı alınıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info