«Armenianreport»: ”Moskvanın təzyiqlərinə baxmayaraq, Ermənistan NATO təlimlərində iştirak edəcək”
Tarix: 31.07.2018 | Saat: 21:31:00 | E-mail | Çapa göndər


“Moskva rəsmi və qeyri-rəsmi kanallar vasitəsilə Nikol Paşinyan hökumətinə qarşı ittihamlar yağdırmağa başlayıb”

«Biz nəyə görə Xaçaturovla bağlı Moskvadan rəy və ya icazə istəməliyik. Məgər o Rusiya vətəndaşıdırmı? Niyə Ermənistanın hüquq-mühafizə orqanları tərəfindən KTMT baş katibi Yuri Xaçaturova qarşı başlanan cinayət işi Rusiyanın hakim dairələrini ciddi şəkildə narahat etməlidir? Axı heç kimiə qaranlıq deyil ki, həm Koçaryan, həm də Sarkisyanın dövlət başçıları olduqları dövrdə Ermənistan hakimiyyəti özlərinin yox, "böyük qardaşın" əmrini danışıqsız yerinə yetirirdilər. Amma birdən hətta Moskvanın narazılığına belə baxmayaraq, İrəvanın müstəqil addım atması Moskvanı qorxutdu».
Bu fikirlər ermənilərin «armenianreport» saytındandır.
Sayt yazır ki, məhz buna görə, Moskva rəsmi və qeyri-rəsmi kanallar vasitəsilə Nikol Paşinyanın hökumətinə qarşı ittihamlar yağdırmağa başlayıb. Sayt bildirir ki, Moskva bütün bunları, yəni Xaçaturovla bağlı ittihamları aradan qaldırmaq cəhdinin əsassız olduğunu anlamalıdır: « Moskvaya yalnız dünyanın siyasi xəritəsində deyil, Ermənistanla bağlı siyasətində də yerini göstərməyin vaxtı gəlib. Hesab edirəm ki, vaxtdır. Əks- təqdirdə, dünyanın heç bir yerində, heç kəslə iş görmək istəməyən (?-A.B.) bu dövlət, bizi özünə peyk edib, bütün tələblərini diktə etməkdə davam edəcək. Ona görə də, ilk olaraq, elə Xaçaturovdan başlamaq lazımdır. Onu heç bir məsləhətləşmə olmadan KTMT-nin baş katibi vəzifəsindən geri çağırmaqla, Rusiyaya Ermənistanın dünənki Ermənistan olmadığını göstərməliyik».
Qeyd edək ki, İrəvanın Moskvanı qıcıqlandıracaq növbəti addımı, qəbul etdiyi son qərarla bağlı ola bilər. Belə ki, Ermənistan rəsmi olaraq avqustun 1-dən 15-dək Gürcüstanda bir sıra NATO-ya üzv ölkələrin iştirak edəcəyi "Layiqli tərəfdaş -2018" adlı çoxmillətli hərbi təlimlərə qoşulacağı barədə qərar verib. Xatırladaq ki, bu il keçirilən təlimlərin məqsədi Gürcüstan, ABŞ və NATO tərəfdaşlarının silahlı qüvvələrində sabitlik, hücum və müdafiə bacarıqlarının artırılmasıdır. Təlimlərdə, əsasən, ABŞ Hava Qüvvələri, Almaniya zirehli nəqliyyat vasitələri iştirak edəcək. Gürcüstanın Vaziani hərbi aerodromunda başlayacaq təlimlər, daha sonra Vaziani və Norio təlim bazalarında da davam etdiriləcək.
Ermənistanın «1in.am» saytının yazdığına görə, onlar ötən il NATO-nun təlimlərində iştirak etmək istəsə də, Moskvanın təzyiqləri buna imkan verməmişdi. Bu dəfə isə Moskvanın bütün təkidlərinə baxmayaraq, İrəvan təlimlərə qatılacağında iddialıdır. Saytın yazdığına görə, əgər son 20 ildə Moskvanın standart təzyiqləri səmərəli şəkildə işləyirdisə, indi işləmir: «Rusiya elitası Ermənistanda tamamilə yeni bir vəziyyətin yarandığını başa düşməkdədir. Onlar artıq Ermənistanın hakimiyyət orqanları ilə şantaj və ya zorla danışmağın mümkün olmadığını anlamağa başlayıblar. Bəlkə də elə bu səbəbdən yerli mütəxəssis hücumlarından məmnun qalan Moskva bu dəfə Ermənistanın yeni hökuməti ilə problem yaratmamağı üstün tutdu. Bununla yanaşı, 102-ci rus hərbi qulluqçularının iştirakı ilə Panik kəndində baş verən hadisədən sonra erməni Baş nazirinin reaksiyası Moskva üçün adekvatlıq və səmərəlilik baxımından yeni idi».
Ermənistanın bundan əvvəl də bir neçə dəfə NATO təlimlərinə qatıldığını və Şimali Atlantika Alyansı ilə əməkdaşlıq üçün effektiv platformalar yaratdığını xatırladan sayt, əvvəlki hakimiyyətlərin ölkənin xarici siyasətdə Qərb istiqamətini ifadə etməməsini İrəvan üçün ən böyük problem kimi önə çəkir: « Nikol Paşinyan erməni-rus tərəfdaşlığında Ermənistanın suverenliyi kontekstintdə, Moskvaya İrəvanın xarici siyasət sahəsində ölkənin suverenliyini nəzərə almasını anlatdı».
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
“Küçə demokratiyasının qaydaları böyük siyasətdə qəbul edilə bilməz”
17.11.2018
Viqen Sarkisyan: “Ötən aylar Ermənistanın xarici siyasəti ilə bağlı narahatlıqlar yaradır“
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info