Xərçəng əleyhinə yeni tapıntı
Tarix: 20.06.2013 | Saat: 17:38:00 | E-mail | Çapa göndər


Müasir biologiyada, ola bilər ki, artıq vacib suallardan birinin cavabı tapılıb: nə üçün tüksüz yerqazanlar (gəmiricilər) xərçəngə tutulmur? Tədqiqatçıların fikrincə, insan orqanizmində mövcud olan şəfalı vasitələrdən biri qialuronova turşusudur ki, bunun da konsentrasiyası tüksüz yerqazanın orqanizmində daha yüksəkdir.
“Ola bilər ki, biz tüksüz yerqazanın bədənində, nəhayət, xərçəng əleyhinə mexanizmi aşkar etmişik. Biz tədqiqatın nəticələrindən gələcəkdə istifadə edəcəyimizə optimizmlə inanırıq”-deyə Nyu-Yorkda Roçestersk Universitetinin Biologiya kafedrasının professoru Vera Qorbunova bildirib.
Alimlərin fikrincə, yerqazanın orqanizmində adıçəkilən turşunun konsentrasiyası təkamül prosesində daha yüksək olur. Yuvalarda yaşayan bu gəmiricinin tükü yoxdur və onun yerin altında hərəkət edən zaman zədələnməyən elastik dərisi var. Qialuronova turşusu isə elastikliyi yaxşılaşdıran və bioloji hissələrin möhkəmliyini təmin edən komponentdir.
Qeyd edək ki, tüksüz yerqazan alimlərin diqqətini çoxdan cəlb edib. Bu heyvan turşulara, ağrıya və karbon qazının yüksək konsentrasiyasına həssas deyil. O, analoji gəmirici növləri üzrə 30 ilədək yaşaya bilir. Bu gəmiricidə qocalma əlamətləri müşahidə olunmur və o, xəstəliklərə, ilk növbədə xərçəng xəstəliyinə inanılmaz dayanıqlıdır: tədqiqatçılar hətta bu heyvanın orqanizmində süni yolla da olsa, xərçəng qəfəslərini inkişaf etdirə bilməyiblər.
Xatırladaq ki, tüksüz yerqazanın genlərinin şifrəsi 2011-ci ildə Harvard Universitetində açılıb. Maraqlıdır ki, Harvardın tədqiqatlar aparan genetiklərdən ibarət qrupuna, rus alimi Vadim Qladışev rəhbərlik edib. Aydın olub ki, gəmiricinin 93% geni insan geninə uyğun gəlir. Tədqiqatçılar hesab edirlər ki, gələcəkdə bu gəmiricinin orqanizminin öyrənilməsi insana xərçəngə qalib gəlməyə və hətta orqanizmdə yaşla əlaqədar dəyişikliklərin qarşısını almağa kömək edəcək.
N.ABBASOVA




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən il 6148 sanator-kurort göndərişi verilib
17.01.2019
Bu il daha 6400-dən çox şəhid hərbi qulluqçunun vərəsələri birdəfəlik ödəmə ilə təmin ediləcək
16.01.2019
“Bizim həyət” layihəsi paytaxtın Sabunçu rayonunda icra olunur
16.01.2019
Yanvar ayı üzrə pensiyaların maliyyələşdirilməsinə başlandı
16.01.2019
Nazirlik işəgötürən şirkətlərə xəbərdarlıq etdi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info