Sənaye parklarında gömrük prosedurları sadələşdirilir
Tarix: 01.08.2018 | Saat: 00:51:00 | E-mail | Çapa göndər


Gələn il "Sumqayıt Kimya Sənaye Parkı"nda logistik mərkəzin tikintisinə başlanılacaq

Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin və Dövlət Gömrük Komitəsinin təşkilatçılığı ilə “Sənaye parklarında idxal-ixrac əməliyyatları zamanı gömrük rəsmiləşdirilməsi prosedurlarının sadələşdirilməsi – “Yaşıl Dəhliz” mövzusunda dəyirmi masa keçirilib. İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Prezidentin rəhbərliyi ilə həyata keçirilən iqtisadiyyatın şaxələndirilməsi, sənayenin inkişafı və rəqabət qabiliyyətinin yüksəldilməsi, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması tədbirləri barədə ətraflı məlumat verib. Vurğulanıb ki, sənaye sahəsində biznes fəaliyyətinin dəstəklənməsi və istehsal sahəsində məşğulluğun artırılması məqsədi ilə sənaye parkları və sənaye məhəllələri yaradılır, sahibkarların səmərəli fəaliyyəti üçün zəruri infrastruktur qurulur, güzəştli rejim tətbiq olunur. Bildirilib ki, sənaye parklarının rezidentləri 7 il müddətinə mənfəət, əmlak və torpaq vergilərindən, həmçinin idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğulara görə ƏDV-dən və gömrük rüsumundan azaddır. Niyazi Səfərov qeyd edib ki, sənaye parklarında rezidentlərin idxal-ixrac əməliyyatları zamanı gömrük rəsmiləşdirilməsi prosedurlarının sadələşdirilməsi məqsədilə İqtisadiyyat Nazirliyi ilə Dövlət Gömrük Komitəsi zəruri işlərin təşkilinə başlayıb. Dövlət Gömrük Komitəsinin idarə rəisi Səməd Qaralov gömrük sistemində aparılan təkmilləşdirmə işləri barədə məlumat verərək, gömrük infrastrukturunun gücləndirildiyini və gömrük prosedurlarının sadələşdirildiyini qeyd edib, “Yaşıl Dəhliz”in idxal-ixrac əməliyyatlarının sadələşdirilməsində və sahibkarların vaxtına qənaət edilməsində önəmini diqqətə çatdırıb. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin müavini Nadir Adilov kiçik və orta sahibkarların fəaliyyətinin əlaqələndirilməsi və sahibkarlığın inkişafının stimullaşdırılması istiqamətində həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə məlumat verərək, KOS-lara göstərilən xidmətlərin bir məkanda – “Kiçik və Orta Sahibkarlıq Evi”ndə birləşdiriləcəyini qeyd edib. “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin direktoru Nazim Talıbov sənaye parklarında rezidentlər üçün yaradılmış əlverişli şərait, müasir infrastruktur barədə məlumat verib, “Yaşıl Dəhliz”in tətbiqinin sahibkarların sənaye parklarına marağını daha da artıracağını qeyd edib. Nazim Talıbov deyib ki, gələn il "Sumqayıt Kimya Sənaye Parkı"nda logistik mərkəzin tikintisinə başlanılması nəzərdə tutulur. O bildirib ki, parkın 10 hektarlıq ərazisində logistik mərkəzin yaradılması üçün layihə həyata keçirilir. Burada şimal və cənub istiqamətlərdə dəmir yolu xətti mövcuddur. Logistik mərkəzin yaradılması rezidentlərin ixrac və idxal əməliyyatlarına müsbət təsirini göstərəcək. Tədbirdə “Yaşıl Dəhliz Xidməti” layihəsinin təqdimatı keçirilib və layihənin üstünlükləri barədə məlumat verilib, sahibkarları maraqlandıran suallar cavablandırılıb. Sonda "Sumqayıt Kimya Sənaye Parkı" MMC, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, "Təmiz Şəhər" ASC və “Yaşıl Dəhliz Xidməti” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.
Anar




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Azərbaycan dünyanın 25-ə yaxın ölkəsinə fındıq məhsulu ixrac edir
12.11.2018
AQTA-da meyvə-tərəvəz istehsalı və ixracatı ilə məşğul olan sahibkarlarla görüş keçirilib
12.11.2018
Azərbaycan Şəkər İstehsalat Birliyindən iqtisadiyyata daha bir töhfə
12.11.2018
Bakı rusiyalı turistlərin şopinqi üçün ən yaxşı şəhərdir
12.11.2018
Prezident Elektron Hökumətin İnkişafı Mərkəzinin inzibati binasının açılışında iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10455

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info