Amerikalı general Ankaraya gəlir
Tarix: 01.08.2018 | Saat: 00:58:00 | E-mail | Çapa göndər



Türkiyə Milli Təhlükəsizlik Şurası
: “ABŞ tərəfindən Türkiyəyə qarşı istifadə edilən hədələyici dil ittifaq münasibətlərinə hörmətsizlikdir və heç vaxt qəbul edilməyəcək”

Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Türkiyə Milli Təhlükəsizlik Şurasının (MGK) yeni idarəçilik sistemində keçirilən ilk iclasında terrorla mübarizə, regional təhlükəsizlik və beynəlxalq münasibətlər məsələləri müzakirə olunub. Beş saatdan çox davam edən iclasdan sonra yayılan bəyannamədə terrorla mübarizədə qətiyyətlilik vurğulanıb. İclasda qeyd edilib ki, Türkiyə FETÖ/PDY, PKK/PYD-YPG və “İŞİD” başda olmaqla terrorçu təşkilatların tam zərərsizləşdirilməsində israrlıdır. O cümlədən Türkiyə Suriyada sülhə nail olmaq üçün fəaliyyətini davam etdirəcək. Bildirilib ki, Egey və Aralıq dənizlərinin qərbindəki prosesləri yaxından təqib edən Türkiyə bu hövzələrdəki hüquq və mənafelərini qorumaqda qərarlıdır. Eləcə də bütün məsələlər üzrə xarici təhdidləri yolverilməz hesab olunur. ABŞ-ın Türkiyənin hər növ məsuliyyətini yerinə yetirdiyi müdafiə sənayesi layihələrini beynəlmiləl müqavilələrə zidd şərtlərə bağlayan qərarının və açıqlamalarının iki ölkə arasındakı strateji tərəfdaşlığa və etibarlı əlaqələrə zərərlər verəcəyi qeyd edilən bəyannamədə ABŞ tərəfindən Türkiyəyə qarşı istifadə edilən hədələyici dilin ittifaq münasibətlərinə hörmətsizlik olduğu və heç vaxt qəbul edilməyəcəyi bir daha vurğulanıb. Bəyannamədə Suriyada hələ də terror təşkilatlarının təsiri altında olan bölgələrin tezliklə təhlükəsizliyinin təmin olunması üçün konkret addımların atılacağı qeyd olunub. Dünən bəlli olub ki, amerikalı general Scaparrotti bu gün Ankaraya gələrək türk rəsmilərlə bir araya gələcək. Danışıqlar zamanı Suriyanın şimal hissəsində cərəyan edən proseslər müzakirə ediləcək. General Scaparrotti daha sonra Adana İncirlik bazasına baş çəkəcək. O daha sonra İzmir şəhərinə səfər edəcək. Qeyd edək ki, general Scaparrotti, 27 iyun tarixində dövrün baş qərargah Başçısı Hulusi Akar ilə telefon əlaqəsi saxlamışdı. TRT-nin məlumatına görə, Türkiyə Silahlı Qüvvələri Suriyanın Menbiç rayonunda 22-ci nəzarət fəaliyyətini həyata keçirib. Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının məlumatına görə, TSQ və Amerika Birləşmiş Ştatları Silahlı Qüvvələrinin birlikləri tərəfindən "Fırat Qalxanı" əməliyyatı sahəsi ilə Menbiç arasında qalan zolaqda 22-ci koordinasiyalı/müstəqil nəzarət fəaliyyəti həyata keçirilib. İlk nəzarət fəaliyyəti 18 iyunda həyata keçirilmişdi. Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ABŞ dövlət katibi Mayk Pompeonun 4 iyundakı görüşündə rayonda təhlükəsizlik və sabitliyi təmin edən yol xəritəsi qəbul edilmişdi. Plan Türkiyə və ABŞ hərbi-kəşfiyyat birliklərinin rayonda birgə nəzarətə başlamasını da nəzərdə tutur. Maraqlıdır ki, ABŞ-Türkiyə münasibətlərində ziddiyyətli məqamlara baxmayaraq, Suriyada ortaq addımlar atılır. Ziddiyyətli məqamlardan biri də FETÖ terror təşkilatı ilə bağlıdır. Şimali Kiprdən qaçaq yolla Yunanıstanın Rodos adasına keçmək istəyərkən saxlanılan FETÖ terror təşkilatının 50 üzvü Türkiyənin təhlükəsizlik orqanlarına təhvil verilib. Həbs olunanlar arasında fərari, tələbə və yüksək rütbəli hərbçilər də var. Onlar polis tərəfindən iyulun 28-də Şimali Kiprin su ərazisindən qanunsuz yolla çıxmaq istərkən həbs olunublar.

Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Misirdə sosial şəbəkələrdə yanlış informasiya yayanlar cəzalanacaq
11.11.2018
Türkiyə HHQ İraqın şimalında 14 terrorçunu məhv edib
11.11.2018
İranın xarici işlər nazirinin maraqlı “tviti”
10.11.2018
Angela Merkel antisemitizmin artmasına görə narahatdır
10.11.2018
Lionda Azərbaycan-Fransa Dialoq Assosiasiyasının təqdimatı olub

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10455

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info