Məmmədyarov vaxtından əvvəl çempion olub
Tarix: 01.08.2018 | Saat: 05:03:00 | E-mail | Çapa göndər



Şəhriyar Məmmədyarov İsveçrənin Bil Şəhərində yarışın başa çatmasına bir tur qalmış şahmat turnirinin qalibi olub.
AZƏRTAC xəbər ki, partiyanın doqquzuncu turunda 57-ci gedişdə Məmmədyarov ağ fiqurlarla norveçli dünya çempionu Maqnus Karlsen üzərində qələbə qazanıb.
Matt & Patt saytının məlumatına görə, 56-cı gedişdə Karlsenin buraxdığı böyük səhv ona baha başa gəlib. Saytın yazdığına görə, Məmmədyarov son 10 ildə ilk dəfədir ki, Karlseni klassik şahmatda məğlub edib. 7 xala yiyələnən Şəhriyar Məmmədyarov Karlseni 2 xalla üstələyərək turnirin qalibi olub.
“Mən fantastik turnirin qalibi olması münasibətilə Şəhriyarı təbrik edirəm”, - deyə norveçli dünya çempionu Matt & Patt saytına müsahibəsində bildirib. Karlsen əlavə olaraq deyib ki, sona yaxın təşəbbüsü ələ almaq üçün imkanları oldu, lakin iki böyük səhvi hər şeyi alt-üst etdi.
Matt & Patt saytının yazdığına görə, qələbədən sonra Şəhriyar Məmmədyarov rəqibinin oyununu qiymətləndirib, bildirib ki, Maqnus çox riskli oynayıb.
Turnirin digər oyunçularının xalları belədir: Karlsen, Svidler (hərəyə 5 xal), Vaşye-Laqrav (4,5), Navara (4), Qeorqiadis (1,5).
Yarışın son turu avqustun 1-də keçiriləcək.




 
Bölməyə aid digər xəbərlər
26.04.2019
“Qalatasaray” Türkiyə kubokunun finalına yüksəlib
25.04.2019
Zidan yayda 5 futbolçusunu transfer etmək fikrindədir
25.04.2019
Formula 1-in iyunda keçirilməsi ilə bağlı danışıqlar aparılır
25.04.2019
Futbol üzrə Türkiyə Kubokunun ilk finalçısı məlum olub
24.04.2019
EPL tarixinin ən erkən qolu vuruldu

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10759

1 Tarixin ibrət dərsləri...
2 Artıq bəzi sözlər yeni qaydalar əsasında yazılmalıdır
3 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
4 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
5 “Israel Hayom” qəzeti: “Azərbaycan müqəddəs Odlar Yurdudur”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info