Heydər Camalın oğlu və digər rusiyalı jurnalistlərin qətlinin detalları məlum olub
Tarix: 01.08.2018 | Saat: 15:27:00 | E-mail | Çapa göndər


Mərkəzi Afrika Respublikası (MAR) aralarında mərhum teoloq və politoloq Heydər Camalın oğlu, rusiyalı jurnalist Orxan Camalın da olduğu 3 jurnalistin öldürülməsinin detallarının açıqlayıb.
 
“Associated Press” Sibyu şəhərinin rəsmisi Marselina Yoyoya istinadən yazır ki, Vaqnerin şəxsi hərbi şirkətinin fəaliyyəti barədə sənədli film hazırlamaq üçün MAR-a yollanan çəkiliş qrupunun üzvlərini 10 nəfər tutub.
 
Onlar ərəb dilində danışıblar: “Çəkiliş qrupu axşam saat 19:00 radələrində şəhərdən çıxıb. Təhlükəsizlik qüvvələri artıq qaranlıq olduğu üçün onlara şəhərdən çıxmamağı tövsiyə edib, lakin qulaq asmayıblar. Onlara Sibyu şəhərindən 23 km uzaqlıqda hücum edilib. Hücum edənlərin hamısı əmmamədə olublar və ərəbcə danışıblar". 
 
Sibyu şəhərinin meri Andri Depele bundan əvvəl verdiyi açıqlamasında bildirmişdi ki, hücum nəticəsində jurnalistləri daşıyan nəqliyyat vasitəsinin sürücüsü sağ qalıb. Onun sözlərinə görə, çəkiliş qrupu gecə yarısı kolların arasından atəşə tutulub.
 
Rusiyalı jurnalistlərin MAR-a sahibkar, ictimai xadim Mixail Xodorkovskinin “Araşdırmaların İdarə Olunması Mərkəzi” tərəfindən göndərildiyi təsdiqlənib.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info