“Azərbaycanda insan alverinə qarşı mübarizədə tərəqqi var”
Tarix: 20.06.2013 | Saat: 19:10:00 | E-mail | Çapa göndər


ABŞ-ın dövlət katibi Con Kerri Dövlət Departamentində 2013-cü il üzrə İnsan Alveri Haqqında Hesabatı geniş ictimaiyyətə təqdim edib.
ABŞ-ın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, İnsan Alveri Qurbanlarının Müdafiəsi üzrə Qanunun (İAQMQ) tələblərinə müvafiq olaraq hesabat bütün dünya ölkələrindəki hökumətlərin müasir quldarlığa qarşı mübarizə istiqamətində həyata keçirdikləri fəaliyyətləri qiymətləndirir. Artıq on üçüncü buraxılış olan bu ilin hesabatına 188 ölkə və ərazi haqqında məlumatlar daxil edilib.
ABŞ-ın Azərbaycandakı səfirliyi insan alverinə qarşı mübarizə sahəsində əldə etdiyi tərəqqi və bu ilin hesabatına əsasən, ölkədəki vəziyyətin yaxşılaşdırılaraq 2-ci sıraya daxil edilməsi münasibətilə Azərbaycanı təbrik edib: “Bu tərəqqi, insan alverinin aradan qaldırılması ilə bağlı minimum standartlara əməl olunması istiqamətində Azərbaycan hökuməti və vətəndaş cəmiyyətinin üzvlərinin həyata keçirdikləri səylər nəticəsində əldə edilib. Hesabatda qeyd olunduğu kimi, Azərbaycanda insan alverinə qarşı mübarizə sahəsində bundan sonra da, ciddi işlər görülməlidir. Birləşmiş Ştatlar bu məsələ ilə bağlı Azərbaycan tərəfi ilə işləməyə davam edəcək”.
Qeyd edək ki, hesabatda bütün ölkələr 3 səviyyəyə bölünür. Üçüncü səviyyə ölkədə traffikinq sahəsində problemlərin mövcudluğunu, ikinci səviyyə isə ölkənin bu sahədə müəyyən tərəqqi əldə etdiyini göstərir. Rusiya, Çin və Özbəkistan bu il tərtib olunan hesabatda ikinci sıradan üçüncü sıraya enib.




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Tümen aeroportlarına iki azərbaycanlının adları verilə bilər
12.11.2018
Viqen Sarkisyan: “Ermənistanın KTMT rəhbərliyindən uzaqlaşdırılması yeni hökumətin uğursuzluğudur”
12.11.2018
Avropa Şurasında yerli idarəetmələr müzakirə olunub
12.11.2018
Yağışlar İranın Əhvaz şəhərində fəsadlar törədib
09.11.2018
“ArmenianReport”: “Rus dili bizə lazım deyil”

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10458

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info