Gömrük orqanları və sərhəd xidməti arasında fəaliyyəti nizama salan razılaşma sənədi hazırlanacaq
Tarix: 01.08.2018 | Saat: 17:39:00 | E-mail | Çapa göndər


Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidmətinin nümayəndələri arasında işçi görüşü keçirilib.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən  bildirilib ki, nümayəndə heyətlərinə Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru İqbal Babayev və Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin rəisi, general-mayor Abbas Xəlilov rəhbərlik ediblər.
Görüşdə Dövlət Gömrük Komitəsi sədrinin müavini İqbal Babayev “Gömrük-sərhəd buraxılış məntəqələrində işin daha da təkmilləşdirilməsi və sürətli keçidin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” komitə sədrinin müvafiq sərəncamı ilə yaradılmış işçi qrupu və onun fəaliyyəti barədə məlumat verib.
Diqqətə çatdırılıb ki, işçi qrupa Dövlət Sərhəd Xidməti ilə birlikdə malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi zamanı yaranan və gələcəkdə yarana biləcək problemlərin dərhal və operativ qaydada araşdırılaraq həll edilməsi, sərhəd-keçid məntəqələrinin fəaliyyət xüsusiyyətləri və infrastrukturu nəzərə alınmaqla gömrük orqanları və sərhəd xidməti arasında fəaliyyəti nizama salan razılaşma sənədinin hazırlanması, sərhəd-keçid məntəqələrində birgə nəzarət və səlahiyyət bölgüsü ilə bağlı qanunvericiliyə dəyişikliklər edilməsilə bağlı təkliflərin hazırlanması həvalə olunub.
Müzakirə zamanı hər iki xidmət tərəfindən vətəndaş məmnunluğunu təmin etmək üçün sərhəd-keçid məntəqələrində "Yaşıl dəhliz" prinsipinin tətbiqini daha da genişləndirilməsini, risklərin idarə olunması prinsipi əsasında mal və nəqliyyat vasitələrinin yoxlanılmasını və texnoloji innovasiyalardan istifadəni təmin etməklə gömrük nəzarətinin həyata keçirilməsi, surətli, eyni zamanda, sərhəd buraxılış məntəqələrinin işinin daha da təkmilləşdirilməsi qərara alınıb.
Sonra görüşdə bir sıra məsələlər müzakirə edilib və müvafiq qərarlar qəbul olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10495

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info