AMEA ilə Udmurtiya Federal Araşdırmalar Mərkəzi arasında müqavilə imzalanıb
Tarix: 01.08.2018 | Saat: 18:51:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəylinin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Federasiyasının Udmurtiya Respublikasında səfərdə olub.
Nümayəndə heyətinin üzvləri Böyük Vətən müharibəsi zamanı həlak olmuş əsgərlərin xatirəsini yad edərək, Udmurtiyanın döyüş və əmək abidəsini ziyarət ediblər. Qonaqlar üçün respublikanın Parlament binasında Parlamentarizm muzeyinin ətrafında ekskursiya təşkil edilib.
Səfər çərçivəsində AMEA ilə Rusiya Elmlər Akademiyası Ural şöbəsinin Udmurtiya Federal Araşdırmalar Mərkəzi arasında elmi əməkdaşlıq haqqında müqavilə imzalanıb. Sənədi AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli və Rusiya EA-nın Ural şöbəsinin Udmurtiya Federal Araşdırmalar Mərkəzinin direktoru vəzifələrini icra edən Aleksey Seminixin imzalayıblar.
Keçən əsrin 50-ci illərində yazıçı-tərcüməçi Mixail Petrov tərəfindən udmurt dilinə tərcümə edilərək Udmurtiya səhnəsində tamaşaya qoyulmuş “Arşın mal alan” operettasının xüsusi cildə salınmış orijinal surəti akademik İsa Həbibbəyliyə hədiyyə edilib. Azərbaycan üçün də yeni və əhəmiyyətli olan bu kitabın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən də nəşr edilməsi faydalı hesab olunub.
Müqavilənin imzalanması mərasimində REAUrŞ-nin Federal Araşdırmalar Mərkəzinin Udmurtiya Tarix, Dil və Ədəbiyyat İnstitutunun direktor müavini, professor Lyudmila Bextereva, elm və təhsil nazirinin müavini İrina Kroxina, respublika milli siyasət nazirinin müavini Nelli Mamayeva, Kamsk Humanitar və Mühəndis Texnologiyaları İnstitutunun rektoru, professor Valeri Nikulin və başqaları iştirak ediblər.
Səfər çərçivəsində Azərbaycan Mətbuat Şurası ilə Rusiya Federasiyasının Udmurtiya Respublikasının Jurnalistlər İttifaqı arasında Anlaşma memorandumu imzalanıb. Memorandumu MŞ sədri Əflatun Amaşov və Udmurtiya Jurnalistlər İttifaqının sədri Yelena Kapitonenko imzalayıblar.
Daha sonra qonaqlar məşhur “Buranovskiye babuşki” xalq musiqi kollektivinin qonağı olub və onların fəaliyyətini əks etdirən ekponatlara baxıblar. Azərbaycanda keçirilmiş “Avrovijn” müsabiqəsində ikinci yer qazanmış “Buranovskiye babuşki” kollektivinin udmurt dilində ifa edilən Müslüm Maqomayevin "Mənim Azərbaycanım" mahnısı qonaqların böyük marağına səbəb olub. "Buranovskiye babuşki"nin rəhbəri Olga Tuktareva qeyd edib ki, bu mahnını onlar Azərbaycan xalqına minnətdarlıq əlaməti olaraq ifa ediblər.
Səfər çərçivəsində Udmurtiyadakı “Dostluq” Azərbaycan İctimai Mərkəzinin fəalları ilə də görüş keçirilib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gəncənin Qazaxlar və Balabağman məscidləri təmir edilib
19.09.2018
Gəncədə iki yerdə qanvermə aksiyası keçiriləcək
19.09.2018
ADPU-da professor Faruk Faik Köprülünün məruzəsi dinlənilib
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info