Yeni paraşüt qutusu təqdim olunub
Tarix: 01.08.2018 | Saat: 19:17:00 | E-mail | Çapa göndər


Almaniyanın “Wings for Aid” şirkəti və Aerokosmik Mərkəzi (DLR) BMT mütəxəssisləri ilə birlikdə Yer kürəsinin ucqar yerlərinə ərzaq və dərmanların çatdırılması üçün eksperimental paraşüt qutusunun ilk sınaqlarını keçiriblər.
“ICTnews” Elektron Xəbər Xidməti yazır ki, mütəxəssislərin sözlərinə görə, birdəfəlik olan qutunun istehsalı ucuz başa gəlir, onun çatdırılması isə xüsusi pilotsuz uçan aparat vasitəsilə həyata keçirilir.
Məlumata görə, dron qutunu düşürdükdən sonra onun yan tərəfləri açılır. Bu, qutunun enmə sürətini zəiflətməyə və onun içindəkilərin təhlükəsizliyini qorumağa imkan verir. Bundan başqa, qutunun tam parçalanan biomaterialdan ibarət olması ətraf mühit üçün ziyanı minimuma endirir.
Çatdırılması “SuperARTIS” dronu tərəfindən həyata keçirilən qutunun Dominikan Respublikasında keçirilən ilk sınaqları uğurlu olub: altı uçuşa 120 kq yemək çatdırılıb və içindəkilər zədələnməyib.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
14.01.2019
Qum qasırğası 39 nəfəri xəstəxanalıq edib, yollar bağlanıb
13.01.2019
2500 yaşı olan tapıntı: mayalıların hamamı belə olub
13.01.2019
Dünyanın ən ağıllı ölkələri
13.01.2019
Dünyanın ən uzun təyyarəsi hazırlanır
12.01.2019
Zəncəfil əsl dərman vasitəsi hesab edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 Xocalı tarixi və mədəniyyəti
2 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info