Təhlükəsiz smartfon təqdim edilib
Tarix: 01.08.2018 | Saat: 19:26:00 | E-mail | Çapa göndər


Smartfonlarda məhsuldarlığın yüksəlməsi onlar tərəfindən sərf edilən enerjinin miqdarının artmasına səbəb olur ki, bu da cihazın avtonom işləmə müddətinə mənfi təsir edir. Əksəriyyət bir həftə müddətində avtonom işləyən düyməli telefonları nostalji hissi ilə xatırlayır.
"ICTnews" Elektron Xəbər Xidməti yazır ki, yaxın günlərdə 10000 milliamper/saat tutumlu akkumulyatora malik "Oukitel WP2" cihazı təqdim edilib. Bu aparat "IP68" standartına uyğun olaraq toz və suya qarşı dayanıqlıdır.
"Oukitel WP2" qurğusu uzun müddət avtonom işləyən əvvəlki smartfonun ("P10000 Max") təkmilləşdirilmiş versiyası olacaq.
Hələ ki smartfon haqda informasiya azdır. Əsas özəlliyi 10000 milliamper/saat tutumlu akkumulyatora malik olmasıdır. İstehsalçı smartfondan orta istifadə aktivliyi zamanı onun bir həftə müddətində avtonom işləməsinə dair söz verir.
Aparatın daha bir özəlliyi yüksək dərəcədə dayanıqlığıdır. Polistirol ebonitdən hazırlanmış korpus yalnız suya qarşı dayanıqlı deyil, həmçinin konstruksiyanın möhkəmliyini təmin edir, hündürlükdən yerə düşmə zamanı və ya zərbə aldıqda zədələnməsinin qarşısını alır. Bundan başqa, displey cızıqlara qarşı dayanıqlı möhkəm "Corning Gorilla Glass" şüşəsi ilə qorunacaq.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
09.12.2018
Tacikistanda dördəm uşaqlar doğulub
06.12.2018
Bolqarıstan pasportu dünyanın ən nüfuzlu pasportlarının ilk onluğundadır
05.12.2018
“Chanel“ daha timsah dərisindən istifadə etməyəcək
04.12.2018
Malayziyada internet-polisin yaradılması planlaşdırılır
03.12.2018
Azərbaycanda boş qalan evdə insanın yaşadığı təəssüratını yaradan cihaz istehsal edilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10522

1 Türk Universiteti üçün Naxçıvanın seçilməsi əhəmiyyətli ola bilər
2 Emil Rasimoğludan yeni şeir
3 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
4 Bakıda müəllimlərin beynəlxalq seminarı keçirilib
5 “Sondakika.com”: “Türkiyənin ən böyük xarici investoru olan SOCAR yeni layihə həyata keçirir”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info