Pirallahıda tədbir keçirilib
Tarix: 01.08.2018 | Saat: 21:48:00 | E-mail | Çapa göndər


Azərbaycan əlifbası və ana dili günü münasibətilə avqustun 1-də Pirallahı rayonunda “Ana dilimizin inkişafı və Heydər Əliyev siyasəti” adlı “dəyirmi masa” keçirilib.
AZƏRTAC məlumatına görə, tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının məsul əməkdaşı İlham Əsgərov bildirib ki, ana dili hər bir xalqın milli sərvəti, həmin xalqın varlığının təsdiqidir. Dil millətin formalaşmasında vacib olan amillərdən biridir. Xalqın keçdiyi tarixi yol, onun mədəni səviyyəsi, ilk növbədə, onun dilində öz əksini tapır. Dilini itirən xalq məhvə məhkumdur. Ulu öndər Heydər Əliyevin Azərbaycan dilinin inkişafına göstərdiyi diqqətdən danışan İlham Əsgərov bildirib ki, Azərbaycan dilini sevən, ona hörmətlə yanaşan ulu öndər Heydər Əliyev dilə münasibətilə hər kəsə örnək oldu.
Sonra tədbirdə Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı İdarə Heyətinin üzvü Sevda Alxasova və Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının fəalı Həcər Ramazanova çıxış edərək bildiriblər ki, ana dilimiz xalqımızın keçdiyi bütün tarixi mərhələlərdə onunla birgə olmuş, onun taleyini yaşamışdır. Əsrlər, qərinələrdir ki, xalqımızın əbədiyaşarlığına xidmət edən ana dilimiz qədim tarixə malik olan, min illərin burulğanlarından alnıaçıq, üzüağ çıxaraq müasir dövrə gəlib çatmış ən böyük mənəvi sərvətimizdir. Ana dilimiz dövlət rəmzlərimiz olan himn, gerb, bayraq kimi müqəddəsdir. Azərbaycan dilinin ölkənin dövlət dili elan edilməsində xalqımızın ümummilli lideri Heydər Əliyevin çox böyük xidmətləri olub. Bu gün Azərbaycan dilinin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tribunalarından eşidilməsi ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan dil siyasəti ilə bağlıdır. Prezident İlham Əliyev də bu siyasəti uğurla davam etdirir.
Daha sonra tədbir iştirakçıları 1 avqust- Azərbaycan əlifbası və ana dili gününə həsr olunmuş videoçarxa baxıblar.
“Dəyirmi masa” mövzu ətrafında müzakirələrlə yekunlaşıb.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.06.2019
Qida Təhlükəsizliyi Agentliyi ölkə ərazisində fitosanitar müşahidələri davam etdirir
19.06.2019
Leyla Əliyeva paytaxtın 4 və 3 nömrəli internat məktəblərində olub
19.06.2019
Kişiləri məişət zorakılığından qoruyan proqram hazırlanır
19.06.2019
Məhkumlara tibbi xidmətdə müsbət təcrübəmiz dünyada örnəkdir
19.06.2019
İyulda hərbi xidmətə göndərilən çağırışçılar xidmət yerləri barədə SMS vasitəsilə məlumatlandırılacaqlar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10810

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Prezidentin Sərəncamı: 160 minə yaxın müəllimin orta aylıq maaşı 605 manat oldu
5 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info