Dağ kimi vüqarlı, bəy kimi qürurlu insan
Tarix: 01.08.2018 | Saat: 22:01:00 | E-mail | Çapa göndər


Yubileylərlə zəngin 2018-ci il biz jurnalistlər, xüsusilə də "Jurnalistlər Evi"nin sakinləri üçün daha bir əlamətdar günlə yadda qalacaq. Belə ki, bu il, daha doğrusu, bu gün həm də jurnalistlərimizin və "Jurnalistlər Evi"nin ağsaqqalı, AZƏRTAC-ın İdarə Heyətinin sədr müavini, Əməkdar jurnalist Dağbəyi İsmayılovun 70 yaşı tamam olur.
Bu yubiley günündə mən də hörmətli Dağbəyi müəllim haqqında bir neçə kəlmə yazmağı özümə borc bilirəm. Öncə onu qeyd edim ki, Dağbəyi müəllimlə ilk ünsiyyətimiz 2000-ci illərin əvvəllərində telefon danışığı zamanı olsa da, onunla ilk görüşüm 2010-cu ilə təsadüf elədi. Həmin vaxt hazırlanan bir materialla bağlı onun dəstəyinə ehtiyacım vardı. Düzü, buna kimi bir neçə dəfə telefonla danışsaq da, yanına getməyə tərəddüd edirdim. Pilləkənləri qalxarkən belə zəhmli, qəzəbli bir şəxslə qarşılaşacağımı, həmin an hansı sözü işlədə biləcəyimi düşünürdüm. Amma otağına daxil olanda həmin fikirlərim tamamilə yoxa çıxdı. Məni gülərüzlə qarşılayan, işinin çox olmasına baxmayaraq, hətta çay içməyi də təklif edən Dağbəyi müəllim təmkinlə lazım olan məsləhət və dəstəyini göstərdi. Beləliklə də bu mehriban ünsiyyətin fonunda qurulan həmkar dostluğumuza 2013-cü ildən etibarən mehriban qonşuluq da əlavə olundu...
Qonşuluqdan söz düşmüşkən, mən əminliklə söyləyə bilərəm ki, binamızın sakinləri olan söz-qələm əhli, o cümlədən ailələrimiz Dağbəyi müəllim qədər bu 70 yaşın sevincini yaşayırlar. Çünki jurnalistikamızın inkişafı yolunda, sözün əsl mənasında, saç ağardan kişilərdən olan Dağbəyi müəllim bizim üçün hər zaman məsləhətinə ehtiyac duyduğumuz ağsaqqal, övladlarımız üçün qayğıkeş baba kimi hər kəsin sevgisini qazanıb. Cənab Prezident İlham Əliyevin jurnalistikamıza diqqət və qayğısının bariz nümunəsi olan Jurnalistlər Binasının birincisi 2013-cü ildə təhvil verilən ilk gündən etibarən bizləri başına toplayan, sevincli günlərimizdə bizdən də artıq sevinən, kədərli günlərimizdə yanımızdan bir an belə ayrılmayan Dağbəyi müəllimin sayəsində biz vahid bir ailə olmuşuq.
İşinin gərginliyinə, zamanının azlığına baxmayaraq, hər bir tədbirimizdə, mərasimimizdə bizimlə olan Dağbəyi müəllim öz səbri ilə də bir nümunədir hər birimiz üçün. Ən gərgin, ən ağır situasiyada belə təmkinini pozmayan, hər zaman adına layiq dağ kimi vüqarlı, bəy kimi qürurlu olan bu insan öz təvazökarlığı ilə də seçilir. Təsəvvür edin, 1975-ci ildən ömrünü mətbuatla bağlamış, vaxtı ilə çoxlarının əlçatmaz arzusu olan "Bakı" və "Baku" axşam qəzetlərində çalışmış, bu gün isə ölkənin əsas informasiya agentliyi olan AZƏRTAC-ın İdarə Heyətinin sədr müavini olan Dağbəyi müəllimin nə zamansa "mən bunu yaxşı yazdım", "mənim yazım səs saldı" və s. bu kimi ifadələr işlətdiyinin şahidi olmamışıq. Çünki bu insanın leksikonunda "mən" yox, yalnız "biz" sözü var.
Bir daha hörmətli Dağbəyi müəllimi 70 yaşının tamam olması münasibətilə təbrik edirəm!
Növbəti ad günlərini və yubileyləri işğaldan azad olunmuş torpaqlarımızda, o cümlədən onun anadan olduğu, uşaqlığının və gəncliyinin keçdiyi Qubadlıda keçirmək arzusu ilə

Nadir AZƏRİ




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info