“ArmenianReport”: “İrəvan Rusiyanı heç vaxt etibarlı tərəfdaş kimi görməyib”
Tarix: 01.08.2018 | Saat: 23:18:00 | E-mail | Çapa göndər


XI əsrdən bizə gəlib çatan “Qabusnamə”də ermənilər oğru, gözü götürməyən, bir ayağı qaçmaqda olan, yersiz hay-küy salan, vəfasız, riyakar insanlar kimi təqdim edilir. Olqa Sumarova müasir rus yazıçılarındandır. O yazır ki, siz, əgər yuxuda erməni görmüsünüzsə, çox ehtiyatlı olun, bilin ki, sizi aldadacaqlar və ya xəyanət edəcəklər. İndi vəziyyət bir qədər dəyişib. Belə görünür ki, sığınmaq üçün yeni sığınacaq axtarışında olan ermənilər, hələ ki, münasib “qoltuqaltı” tapmayıblar. Əslində, tapıblar, amma «tərəfdaş» kimi qəbul edilmirlər. Ona görə də indi gücü qələmə veriblər.
«ArmenianReport» saytı yazır ki, İrəvan Rusiyanı heç vaxt etibarlı tərəfdaş kimi görməyib: “Rusiya Qarabağ münaqişəsindən təzyiq vasitəsi kimi istifadə edir. Həm İrəvanda, həm də Bakıda Qarabağ münaqişəsində ən mühüm rolun məhz Rusiyanın oynadığını yaxşı başa düşürlər”. Sayt yazır ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova uzun müddətdir ki, Ermənistana qarşı tam hörmətsizlik nümayiş etdirir. Erməni saytı, Rusiyanın ermənilərə qarşı olan «biganəliyini» heç cür həzm edə bilmir. Moskvanı Dağlıq Qarabağı «dövlət kimi, tanımamaqda» ittiham edirlər. Rusiyanın Krımı öz tərkibinə qatdığını xatırladan sayt, Ermənistanın bu hərəkətinə görə Moskvanı dəstəklədiyini və bunun müqabilində isə qarşı tərəfdən heç bir dəstək görmədiyni xatırladır: “Kreml xidmətlərimiz qarşısında bizi nə ilə sevindirdi - heç nə ilə. Əksinə, Azərbaycanı silahla təmin etdi, Aprel döyüşlərində Bakıya dəstək oldu. Həmin ərəfədə Zaxarova da dəfələrlə və ən iyrənc formada Rusiyanın bu «xain mövqeyini» əsaslandırdı”. Qeyd edək ki, özündən razı erməni baş naziri Paşinyanın yeritdiyi səbatsız siyasət tezliklə öz effektini verməliydi. Hazırda həm qorxan, həm də qorxutmağa cəhd göstərmək istəyən Paşinyan, Moskvanı ən yaxın tərəfdaş kimi gördüyünü göstərməyə çalışır. Amma buna inananların sayı çox deyil. Moskvanı Ermənistana qarşı “hiyləgər siyasətdə” ittiham edən sayt yazır: “Rusiyanın iştirakı olmadan, Qərb ölkələrinin, xüsusilə də ABŞ-ın köməyi ilə Qarabağ münaqişəsinin ədalətli həlli daha asan ola bilər”.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Belarus səfəri Ermənistanda böyük rezonans doğurub
20.11.2018
Moldova prezident idarəçiliyinə qayıtmaq istəyir
20.11.2018
Gürcüstanda 150-dən çox sabiq vəzifəli şəxsə qarşı cinayət işi açıldı
19.11.2018
Avropa İttifaqı vahid kəşfiyyat mərkəzi yaradır
19.11.2018
İranda bahalaşma davam edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info