“İran gücləri İsraillə sərhəddən 85 km geri çəkildi”
Tarix: 02.08.2018 | Saat: 00:00:00 | E-mail | Çapa göndər


Putinin xüsusi nümayəndəsi: “İdlibdə hərbi əməliyyat gündəmdə deyil”

Aleksandr Lavrentyev: “Suriya münaqişəsinin nizamlanması, Türkiyədəki 3,5 milyonadək suriyalı qaçqının vətəninə qayıtması məsələləri sentyabrın 7-də keçirilməsi planlaşdırılan Türkiyə-Rusiya-Fransa-Almaniya sammitinin əsas mövzusu olacaq”

Rusiyanın TASS agentliyinin yaydığı xəbər dünya media orqanlarında bir nömrəli xəbərə çevrilib. Məlumatda qeyd edilir ki, İran gücləri Suriyanın cənubundan geri çəkilib. Müxalif qüvvələrin İdlibdən çəkilməsindən sonra Bəşər Əsədə tabe olan qüvvələr və İran milisləri İsrailin nəzarətində olan Holan təpələrinə qədər irəliləmişdi. Bu isə İsraili bərk narahat etmişdi. Təl-Əviv ardıcıl şəkildə Suriyaya zərbələr endirir. Prosesə müdaxilə edən Rusiya İran güclərinin həmin bölgədən çəkilməsini təklif etmişdi. Təl-Əviv bu təklifə müsbət yanaşmadı. Amma dünən Rusiya tərəfi bəyan edib ki, aralarında “Hizbullah”ın da olduğu İran gücləri Holan təpələrindən geri çəkilib. Rusiyanın məlumatına görə, İran gücləri İsraillə sərhəddən 85 km geri çəkilib.
Bu arada İstanbulda keçiriləcək Türkiyə-Rusiya-Fransa-Almaniya sammitinin əsas mövzusu bəlli olub. Astanada keçirilən Suriya danışıqlarında Rusiya nümayəndə heyətinə rəhbərlik edən Aleksandr Lavrentyev “RİA Novosti”yə bildirib ki, Suriya münaqişəsinin nizamlanması, Türkiyədəki 3,5 milyonadək suriyalı qaçqının vətəninə qayıtması məsələləri sentyabrın 7-də keçirilməsi planlaşdırılan Türkiyə-Rusiya-Fransa-Almaniya sammitinin əsas mövzusu olacaq. O bildirib ki, dördtərəfli sammit keçirilməsinin təşəbbüskarı Türkiyə prezidenti Ərdoğan olub. Rusiya prezidenti Vladimir Putinin Suriya üzrə xüsusi nümayəndəsi olan Aleksandr Lavrentyev qeyd edib ki, İdlibdə hərbi əməliyyatın aparılması gündəmdə deyil. Lavrentyev Rusiyanın Soçi şəhərindəki zəmanətçi ölkələrin 10-cu toplantısından sonra təşkil etdiyi mətbuat konfransında qeyd edib ki, ilk mərhələdə 10-15 əsirin azadlığa buraxılması müzakirə mövzusudur: “Lakin bu başlanğıcdır. Müxalifət həbs olunanların siyahısını təqdim etməyə çəkinir. Çünki həmin şəxslərin edam edilməsindən qorxurlar. Bu mövzudakı səylərimizin müsbət təsiri olacağına inanıram. Türkiyəli tərəfdaşlarımızdan da töhfə istəyirik və onlar bu töhfəni təmin edirlər”. Soçidə keçirilən ikigünlük danışıqlardan sonra Türkiyə, Rusiya və İran Suriyanın bütövlüyünə bağlılıqlarını və qonşu ölkələrin təhlükəsizliyini təhdid edən separatçılara qarşı birgə mövqelərini vurğulamışdılar. Onu da qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rahib Branson məsələsi ilə bağlı ABŞ-ın Türkiyəyə sanksiya tətbiq edəcəyi barədə səslənən fikirlərə münasibət bildirib. O deyib ki, Türkiyədə dini azlıqlarla bağlı problem yoxdur:
“Bizə hədə-qorxu gəlmək heç kimə bir şey qazandırmaz. Bizimlə təhdid dili ilə danışanlara güzəştə getməyəcəyik. Lakin ABŞ-da yevanqelist, sionist anlayışın bu tərzdə danışmasını, əsla, qəbul etmirik. Azadlığımızı, məhkəmə sistemin müstəqilliyini qoruyaraq yolumuza davam edəcəyik”. ABŞ Dövlət Departamenti isə rahib Branson məsələsi ilə bağlı ABŞ-ın Türkiyəyə sanksiya tətbiq edəcəyi xəbərdarlığının çox ciddi olduğunu açıqlayıb. Qurumun mətbuat xidmətinin rəhbəri Hizer Noyret bildirib ki, rahib ev dustaqlığına buraxılsa da, bu, yetərli deyil. Qeyd edək ki, rahib Endryu Branson FETÖ və PKK təşkilatlarına casusluqda ittiham olunaraq 2016-cı il dekabrın 9-da həbs olunub. ABŞ prezidenti Donald Tramp və vitse-prezident Mayk Pensin bu məsələni gündəmə gətirməsi və Türkiyəni sanksiyalarla təhdid etməsi ilə iki ölkə arasında münasibətlər gərginləşib. Ötən ay Endryu Bransonun növbəti məhkəməsi keçirilib və o, ev dustaqlığına buraxılıb.
Anar




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Pakistan məhkəməsi Nəvaz Şərifin həbsdən buraxılmasına qərar verib
19.09.2018
USAİD Gürcüstanda iqtisadi islahatlar üçün 1,5 milyard dollar ayırıb
19.09.2018
Şimali və Cənubi Koreya arasında hərbi sahədə əməkdaşlıq müqaviləsi imzalanıb
18.09.2018
Çin ABŞ-dan idxal olunan 5200-dən çox məhsulun rüsumunu artırır
18.09.2018
ABŞ Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin bərqərar olmasında maraqlıdır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info