Ruhani ölkə parlamentində hesabat verəcək
Tarix: 02.08.2018 | Saat: 00:02:00 | E-mail | Çapa göndər


İran prezidenti Həsən Ruhani ölkə parlamentində hesabat verəcək. Prezident 80 millət vəkilinin ölkə iqtisadiyyatı daxil olmaqla, daxili və xarici siyasətlə bağlı suallarını cavablandıracaq.
Prezident Həsən Ruhaniyə sualları cavablandırmaq üçün bir ay vaxt verilib. İran İslami Şura Məclisinin spikeri Əli Laricani bildirib ki, millət vəkillərinin prezident Həsən Ruhaniyə ünvanladıqları suallar hökumətin valyuta və mal qaçaqmalçılığına nəzarət edə bilməməsi, bank sisteminə qarşı sanksiyaların davam etdirilməsi, işsizliyin aradan qaldırılmasında hökumətin yetərsiz işlər görməsi, son illərdə inflyasiya səviyyəsinin və xarici valyuta məzənnələrinin artması, eləcə də rialın dəyərinin kəskin şəkildə düşməsi ilə bağlıdır. Qeyd edək ki, son günlər İranda ABŞ dollarının məzənnəsinin yüksəlməsi və ölkədə bəzi məhsulların qiymətinin qalxması deputatların hökumət üzvlərinin fəaliyyətindən narazılığına səbəb olub. Millət vəkilləri prezidentdən iqtisadi komandanın dəyişməsini istəyib. Hökumət yaxın günlərdə ölkədəki iqtisadi durumu yaxşılaşdırmaq üçün yeni iqtisadi paket təqdim edəcəyini açıqlayıb. İranın İsfahan şəhərində yüzlərlə insan ölkədəki iqtisadi vǝziyyǝtlə bağlı aksiya keçirib. Sosial şǝbǝkǝlǝrdǝ yayılan şəkillər göstərir ki, İsfahanda Əmir Kəbir Sənaye ǝrazisindǝki sahibkarlar və yük maşını sürücülǝri, inflyasiya vǝ valyuta mǝzǝnnǝsindǝki artıma etiraz ediblǝr. Mǝlumata görǝ, İsfahan Qapalı bazardakı sahibkarlar da etiraz nümayişi keçiriblǝr. Təkər yandıran aksiyaçılar rejim əleyhdarı şuarlar da səsləndiriblər. Nümayişçilərə müdaxilə edən polis xeyli sayda aksiyaçını nəzarətə götürüb. TRT-nin məlumatına görə, İran Məclisinin Büdcə Komissiyasının üzvü Cəhanbəxş Muhibbiniya ölkə iqtisadiyyatının çökməkdə olduğunu bildirib. Miyanduab vilayətindən seçilmiş deputat məclisdə etdiyi çıxışında deyib: "İran iqtisadiyyatı çökür. Xahiş edirəm, gözlərinizi açın. Prioritet məsələləri məclis gündəminə gətirmədiyi üçün prezident Həsən Ruhani hökumətindən narazıyıq". Valyuta bazarında dolların 11 min tümənə qalxdığını ifadə edən Muhibbiniya, ölkədə işsizlik və bahalılıq kimi iqtisadi problemlərlə yanaşı, ətraf mühit və səhiyyə sahələrində də çətinliklər olduğunu vurğulayıb və bu cür problemlərlə qarşı-qarşıya olan xalqa qulaq asılmasını istəyib.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
19.03.2019
Brüsseldә bomba hәyәcanı
19.03.2019
Nursultan Nazarbayev istefa verib
19.03.2019
ABŞ-da Perunun eks-prezidenti saxlanılıb
19.03.2019
Birləşmiş Ərəb Əmirlikləri dünyada ən təhlükəsiz ölkədir
18.03.2019
Senator Kirsten Cillibrand 2020-ci ildə ABŞ prezidenti vəzifəsinə namizədliyini irəli sürəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10698

1 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
2 Təhsilə qoyulan sərmayə gələcəkdə yüksək potensiala malik savadlı gənclərin yetişməsini təmin edəcək
3 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
4 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
5 Yuliya Naçalova vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info