Pirallahıda ana dili gününə həsr olunmuş dəyirmi masa
Tarix: 02.08.2018 | Saat: 00:09:00 | E-mail | Çapa göndər


Yeni Azərbaycan Partiyası(YAP) Pirallahı rayon təşkilatının inzibati binasında 1 avqust Azərbaycan əlifbası və ana dili gününə həsr olunmuş "Ana dilimizin inkişafı və Heydər Əliyev siyasəti" adlı dəyirmi masa keçirilib.
Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının məsul əməkdaşı İlham Əsgərov bildirib ki, ana dili hər bir xalqın milli sərvəti, həmin xalqın varlığının təsdiqidir. Dil millətin formalaşmasında vacib olan amillərdən biridir. Xalqın keçdiyi tarixi yol, onun mədəni səviyyəsi, ilk növbədə onun dilində öz əksini tapır. Dilini itirən xalq məhvə məhkumdur. Təbii ki, bu zaman ulu öndər Heydər Əliyevin Azərbaycan dilinin inkişafına göstərdiyi diqqəti qeyd etməmək mümkün deyil. Çünki ana dili hər bir xalqın varlığını təsdiq edən başlıca amildir. Azərbaycan dilini sevən, ona hörmətlə yanaşan ulu öndər Heydər Əliyev dilə münasibəti ilə hər kəsə örnək oldu. Azərbaycan dili də Azərbaycan xalqının milli sərvətidir və xalqımız, millətimiz tarix durduqca bu sərvətin qayğısına qalmalı və dilimizi gələcək nəsillərə ötürməlidir.
Sonra tədbirdə Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı İdarə Heyətinin üzvü Sevda Alxasova və Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının fəalı Həcər Ramazanova çıxış edərək bildirdilər ki, hər bir xalqın milli-mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Dil hər bir xalqın varlığının ən əsas təminatçısıdır. Azərbaycan xalqının da ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Ana dilimiz xalqımızın keçdiyi bütün tarixi mərhələlərdə onunla birgə olmuş, onun taleyini yaşamışdır. Əsrlər, qərinələrdir ki, xalqımızın əbədiyaşarlığına xidmət edən ana dilimiz qədim tarixə malik olan, min illərin burulğanlarından alnıaçıq, üzüağ çıxaraq müasir dövrə gəlib çatmış ən böyük mənəvi sərvətimizdir. Ana dilimiz dövlət rəmzlərimiz olan himn, gerb, bayraq kimi müqəddəsdir. Azərbaycan dilinin ölkənin dövlət dili elan edilməsində xalqımızın ümummilli lideri Heydər Əliyevin çox böyük xidmətləri olmuşdur. Bu gün Azərbaycan dilinin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tribunalarından eşidilməsi ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan dil siyasəti ilə bağlıdır. Prezident İlham Əliyev də bu siyasəti uğurla davam etdirir.
Daha sonra tədbir iştirakçıları 1 avqust Azərbaycan əlifbası və ana dili gününə həsr olunmuş videoçarxa baxıblar. Videoçarxın nümayişindən sonra dəyirmi masa mövzu əsasında müzakirələrlə yekunlaşmışdır.




 
Bölməyə aid digər xəbərlər
21.02.2019
Dövlətin mühüm sosial layihəsi: hər il 5 milyondan çox insan pulsuz tibbi müayinədən keçir
21.02.2019
“Azərişıq” Xəzər rayonuna 10 komplekt transformator məntəqəsi göndərib
21.02.2019
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu regionlarda təlimlərə başlayıb
21.02.2019
Gömrükdən kişmiş adıyla narkotik vasitə keçirmək istədi
21.02.2019
Yaponiya səfiri “Khazar“ Avtomobil Zavodunda olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
3 ABŞ-da atışma: xəsarət alanlar var
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info