Mərkəzi Bankın valyuta ehtiyatları 3,9 faiz artıb
Tarix: 02.08.2018 | Saat: 00:14:00 | E-mail | Çapa göndər


Mərkəzi Bank uçot dərəcəsini 10 faiz səviyyəsində dəyişməz saxlayıb

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti ötən gün uçot dərəcəsinin 10 faiz səviyyəsində və faiz dəhlizinin digər parametrlərinin dəyişməz saxlanılması barədə qərar qəbul edib. Bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov ötən gün keçirdiyi mətbuat konfransında deyib. Bildirilib ki, 2018-ci ilin ötən dövründə inflyasiya hədəf dəhlizindən aşağı olmaqla azalma trendini saxlayıb, tədiyyə balansı profisitli olub, iqtisadi aktivlik üzrə müsbət dinamika qorunub.
Qısa və ortamüddətli dövrdə həm xarici sektordan, həm də fiskal siyasətdən gələn inflyasiya riskləri potensialı monetar şəraitin yumşaldılması imkanlarını məhdudlaşdırır.
Qərar qəbul edərkən İdarə Heyəti bunları nəzərə alıb:
İnflyasiya prosesləri
E.Rüstəmov qeyd edib ki, inflyasiya azalma trendini saxlayır. 2018-ci ilin 6 ayında orta illik inflyasiya 3 faiz təşkil etməklə elan edilmiş hədəf dəhlizindən aşağıda qərarlaşıb. İnflyasiya səviyyəsinin aşağı düşməsini manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsi, pul təklifinin optimal səviyyədə idarə olunması, inflyasiya gözləntilərinin azalması və mövsümi faktorlar şərtləndirir. Bütün bunlar dünya əmtəə qiymətlərinin, o cümlədən dünya ərzaq qiymətlərinin və ticarət tərəfdaşı olan ölkələrdə inflyasiya proseslərinin daxili inflyasiyaya artırıcı təsirini qismən neytrallaşdırır. Cari ildə Azərbaycandakı inflyasiya ticarət tərəfdaşı olan ölkələrdəki orta inflyasiyadan əhəmiyyətli dərəcədə aşağı olub ki, bu da manatın real effektiv məzənnəsinə azaldıcı təsir göstərib. Manatın qeyri-neft sektoru üzrə real effektiv məzənnəsi 2018-ci ilin I yarısında cəmi 1.2 faiz möhkəmlənib. 2014-cü ilin sonundan bəri isə manatın real effektiv məzənnəsi 35.4 faiz ucuzlaşıb ki, bu da qeyri-neft sektorunun rəqabət qabiliyyətini dəstəkləyib.
İnflyasiya üzrə gözlənti və proqnozlar
Mərkəzi Bankın sədri diqqətə çatdırıb ki, ev təsərrüfatları və real sektor müəssisələri arasında aparılmış monitorinqlər inflyasiya gözləntilərinin son illər üzrə minimum səviyyədə qaldığını göstərir.
Son makroiqtisadi proqnozlar göstərir ki, 2018-ci ilin sonuna inflyasiyanın hədəf intervalında qalması risklər balansındakı dinamikadan asılı olacaq. İdxalın əhəmiyyətli artımı, tərəfdaş ölkələrdə yüksək məzənnə və qiymət volatilliyi və fiskal genişlənmə inflyasiyanın tələb və təklif amillərini aktivləşdirə bilər. İnflyasiya hədəfinə nail olunması həm də qiymətləri dövlət tərəfindən tənzimlənən məhsul və xidmətlərin qiymət dəyişimindən asılı olacaq.
Xarici şərait
Qeyri-neft iqtisadiyyatının ixrac potensialının yüksəlməsi və dünya bazarında əlverişli neft qiymətlərinin xarici sektor göstəricilərinin yaxşılaşması ilə müşayiət olunduğunu deyən Mərkəzi Bankın sədri 2018-ci ilin birinci yarısında ticarət balansının müsbət saldosunun 2.2 dəfə, ixracın 64 faiz, qeyri-neft ixracının 14 faiz artdığını diqqətə çatdırıb. Qeyd edib ki, ticarət balansı ilə yanaşı, xidmət ixracı və pul baratları daxilolmaları da pozitiv dinamikanı qoruyur. Xarici sektor göstəricilərinin yaxşılaşması şəraitində ölkənin strateji valyuta ehtiyatları artmaqda davam edib.
"Son proqnozlar göstərir ki, 2018-ci ilin sonuna tədiyyə balansı profisitli qalacaq. Neftin qiyməti 70 ABŞ dollarından yüksək formalaşıb və ilin sonuna onun dinamikası müsbət proqnozlaşdırılır. Qısa və ortamüddətli dövrə isə tədiyyə balansı üçün təhdid başlıca olaraq idxalın yüksək templə genişlənməsi, kapital və maliyyənin hərəkəti hesabının defisitinin artmasıdır", - deyə E.Rüstəmov vurğulayıb.
İqtisadi aktivlik
Mərkəzi Bankın sədri deyib: "İqtisadi aktivliyin artım dinamikası müsbət olaraq qalır. 2018-ci ilin yanvar-iyun aylarında iqtisadi artım 1.3 faiz olub, o cümlədən qeyri-neft sektorunda 2 faizlik artım baş verib. İqtisadi artımı dəstəkləyən başlıca amillərə xarici tələbin və dövlət investisiyalarının artması, əhalinin real gəlirlərinin yüksəlməsi şəraitində istehlakçı inamı göstəricilərinin yaxşılaşması aiddir. Mərkəzi Bank tərəfindən real sektorun monitorinqinə əsaslanan Biznes İnam İndeksinin dinamikası da iqtisadi aktivliyin yüksəldiyini təsdiq edir. İqtisadi artım qeyri-neft sektorunun başlıca sahələrində qeydə alınıb. İqtisadi artım qeyri-neft sənayesində 11.1 faiz, kənd təsərrüfatında 7.6 faiz təşkil edib. İqtisadi artım potensial səviyyəsini üstələmədiyindən inflyasiyaya artırıcı təsir göstərmir".
Monetar şərait
Elman Rüstəmov 2018-ci ilin ötən dövründə monetar şəraitin neytral səviyyəyə yaxınlaşmaq istiqamətində dəyişdiyini, pul bazasının genişləndiyini, uçot dərəcəsinin aşağı salındığını bildirib.
Diqqətə çatdırılıb ki, ilin sonuna və ortamüddətli dövrə monetar şəraitin normallaşdırılması potensialı inflyasiya risklərini və gözləntilərini formalaşdıran xarici və daxili amillərin reallaşması ehtimalından asılı olacaq.
Faiz dəhlizinin parametrləri Mərkəzi Bankın İdarə Heyətində növbəti dəfə 2018-ci ilin oktyabr ayında müzakirə ediləcək. Elman Rüstəmov qeyd edib ki, Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 5,541 milyard dollar təşkil edir: "Bu ilin yanvar-iyul aylarında valyuta ehtiyatlarında 3,9 faiz artım qeydə alınıb".

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Samux rayonunda 11 min tondan çox tərəvəz istehsal olunub
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib
21.09.2018
“Azərenerji”: Ölkə enerjisi sistemində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə başlanılıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info