İlin I yarısında BTC ilə 17 milyon tondan çox xam neft ixrac olunub
Tarix: 02.08.2018 | Saat: 00:15:00 | E-mail | Çapa göndər


2018-ci ilin I yarısı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) üzrə əməliyyat xərclərinə təqribən 61 milyon dollar, əsaslı xərclərə isə təqribən 13 milyon dollar xərclənib.
"BP Azerbaijan" şirkətinin məlumatına görə, 1768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2018-ci ilin 1-ci yarısının sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə 399 milyon tondan artıq (2,99 milyard barel) xam neft nəql edilmiş və Ceyhanda 3916 tankerə yüklənərək dünya bazarlarına göndərilib. 2018-ci ilin 1-ci yarısı ərzində isə BTC vasitəsilə 17 milyon tondan çox (təqribən 125 milyon barel) xam neft ixrac olunub və bu neft Ceyhanda 158 tankerə yüklənib.
Hazırda BTC boru kəməri, əsasən, Azərbaycandan AÇG nefti və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur.

BP “Səngəçal” terminalı ilə nəql olunan neft və qazın həcmlərini açıqlayıb

2018-ci ilin I yarısı ərzində AÇG və “Şahdəniz” yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə “Səngəçal” terminalına göndərilməsi davam edib. Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və “Şahdəniz” qazı üçün təqribən 32 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 50 milyon standart kubmetrdir. İlin ilk iki rübü ərzində terminal üçüncü tərəf həcmləri də daxil olmaqla 141 milyon bareldən çox neft və kondensat, o cümlədən təqribən 124 milyon bareldən çox Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə, 16 milyon bareldən çox Qərb İxrac Boru Kəməri marşrutu vasitəsilə və təqribən 1 milyon barelə yaxın ayrıca kondensat ixrac kəməri vasitəsilə ixrac edib.
Qaz terminaldan, əsasən, Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini Azəriqazın qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur. 6 ay ərzində terminaldan, həmçinin gündəlik orta hesabla 27 milyon standart kubmetr (963 milyon standart kubfutdan çox) “Şahdəniz” qazı ixrac edilib.


Bu ilin I yarısında "Şahdəniz" yatağından 5 mlrd. kubmetr qaz və 1,1 mln. ton kondensat hasil edilib

2018-ci ilin 1-ci yarısı ərzində “Şahdəniz” üzrə fəaliyyətlərə 250 milyon dollardan çox əməliyyat xərcləri və təqribən 798 milyon dollar əsaslı xərclər çəkilib. Əsaslı xərclərin böyük əksəriyyəti "Şahdəniz 2" layihəsinə aiddir. 2018-ci ilin I yarısında "Şahdəniz" yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına və çoxsaylı obyektlər üçün BTC şirkətinə qaz çatdırması davam edib. 6 ay ərzində yataqdan 5 milyard standart kubmetr qaz və 1,1 milyon ton (təqribən 9 milyon barel) kondensat hasil edilib. Mövcud “Şahdəniz” qurğularının hasilat gücü hazırda gündə 32 milyon (ildə təqribən 10,9 milyard) standart kubmetrdir. Qazma əməliyyatlarına gəlincə, bu ilin II rübündə "Şahdəniz Alfa" platformasında SDA11 quyusunda qazma işləri bitib və indi bu quyuda tamamlama işləri gedir. "İstiqlal qazma qurğusu SDD04 quyusunu tamamlayıb və sınaqdan keçirib, bundan sonra isə SDG04 quyusunda tamamlama işlərinə başlayıb. Maersk Explorer qurğusu SDH02 quyusunun aşağı hissələrində qazma əməliyyatlarını davam etdirir. Bu iki qurğu “Şahdəniz Bravo” platformasından hasilat üçün artıq 14 quyu qazıb, bunlardan yatağın şimal cinahında dörd quyu, qərb cinahında da dörd quyu tamamlayıb. Qazma işləri hasilatın planlaşdırılan sabit səviyyəsinə nail olmaq üçün tələb olunan bütün quyuların qazılması istiqamətində davam edəcək", - deyə məlumatda vurğulanıb.

Bu il “Azəri-Çıraq-Günəşli” yatağından 15 mln. ton neft hasil edilib

Bu ilin 1-ci yarısında “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib. AÇG-nin operatoru “BP-Azerbaijan” şirkətinin məlumatına görə, 6 ay üçün AÇG-dən ümumi hasilat – “Çıraq” (49 000), “Mərkəzi Azəri” (158 000), “Qərbi Azəri” (127 000), “Şərqi Azəri” (96 000), “Dərinsulu Günəşli” (107 000) və “Qərbi Çıraq” (59 000) platformalarından birlikdə – gündə orta hesabla 596 000 barel və ya ümumilikdə təqribən 108 mln. barel, yəni 15 mln. ton olub. İyun ayının sonunda AÇG-də ümumilikdə 116 neft hasilat quyusu və 53 qaz və su injektor quyusu istismarda olub. İki rüb ərzində AÇG-də 6 neft hasilat quyusu və 2 su injektor quyusu qazılıb.
Nigar




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Hazırda BP-də 2557 azərbaycanlı işləyir
21.11.2018
BP: “Şahdəniz-2” layihəsi təhlükəsiz şəkildə plana və büdcəyə uyğun həyata keçirilir
21.11.2018
“Şahdəniz-2” yatağı üzrə 10 quyu tamamlanıb
21.11.2018
“AtaBank“ şəhid ailələrinə veriləcək birdəfəlik ödəmələrə komissiya tətbiq etməyəcək
21.11.2018
İtaliya mətbuatı: İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info