400-dən yuxarı bal toplayıb Aqrar Universiteti seçən lərəəlavə təqaüd veriləcək
Tarix: 02.08.2018 | Saat: 00:26:00 | E-mail | Çapa göndər


AMEA-nın müxbir üzvü, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, professor İbrahim Cəfərov jurnalistlərə müsahibəsində deyib ki, aqrar sektorun ali təhsilli kadrlara olan ehtiyacını təmin etmək üçün bu universitetə göstərilən hərtərəfli dövlət dəstəyi Azərbaycan Dövlət Aqrar Universitetini hazırda nəinki respublikamızın, eləcə də Qafqaz regionunun, MDB və Şərqi Avropa ölkələrinin bu profil üzrə fəaliyyət göstərən ən mükəmməl elm-təhsil komplekslərindən birinə çevirib. İbrahim Cəfərov deyib ki, valideyn və abituriyentlər nəzərə alsınlar ki, bu gün respublika əhalisinin yarıya qədəri rayon və kəndlərdə yaşayır. İndi aqrar sektorun inkişafına böyük dövlət dəstəyi var: “Bu sahədə fəaliyyət göstərən fermer və sahibkarlar öz təsərrüfatlarında işləyən ali təhsilli kadrlara 1500 - 2000 manat, bəzən də daha yüksək əmək haqqı təklif edirlər. Elə bu il Aqrar Universitetini bitirən bir çox məzun da həmin təsərrüfatlarda işlə təmin edilib. Əgər abituriyentlər Aqrar Universitetini seçsələr, çox uğurlu seçim etmiş olarlar. Çünki bu ildən başlayaraq Aqrar Universitetində bu ali təhsil müəssisəsini seçən gənclər üçün hərtərəfli şəraitlə yanaşı, geniş stimullaşdırıcı tədbirlər həyata keçiriləcək. Əgər 400-dən yuxarı bal toplayan abituriyentlər Aqrar Universitetinin müvafiq ixtisasını seçsələr, onlar ilboyu universitetin büdcədənkənar vəsaiti hesabına 100 manat təqaüd alacaqlar. Həmin məbləğ 500-dən yüksək bal toplayan tələbələr üçün isə 2 dəfə daha çox, yəni 200 manat təşkil edəcək. Bununla yanaşı, tələbələr əla qiymətlərlə oxuduqları halda, dövlət təqaüdü almaq şanslarını da özlərində saxlayırlar. Bu o deməkdir ki, Aqrar Universitetini seçən tələbə təhsil aldığı 4 il müddətində əgər əla qiymətlərlə oxuyarsa, ödənişdən azad olmaqla yanaşı, hər ay 200-300 manat, bəzən də daha çox təqaüd ala bilər. Universitetimizi seçən tələbələrin digər bir üstünlüyü isə ondan ibarətdir ki, bu universitetdə təhsil alan və rayonlardan olan tələbələr üçün ən müasir tələblərə cavab verən 1000-dən artıq yeri olan yataqxana kompleksi fəaliyyət göstərir”. İ.Cəfərov qeyd edib ki, bu yataqxana kompleksində qalmaq çox ucuz, ayda cəmi 30 manatdır.




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Ukrayna NATO və Avropa İttifaqına üzvlüyə hər an yaxınlaşır
20.11.2018
Yeni Azərbaycan Partiyası: iqtisadi və siyasi müstəqilliyi möhkəmləndirən ideyalar məktəbi
19.11.2018
“Qaçaqmalçılığa qarşı mübarizə sahəsində yüksək göstəricilər əldə olunub”
19.11.2018
Səfir: Azərbaycanla Pakistan arasında olan strateji tərəfdaşlıq münasibətləri bütün sahələrdə əməkdaşlığa öz töhfəsini verir
18.11.2018
Sanya meri: Azərbaycan qədim tarixə və özünəməxsus mədəniyyətə malik ölkədir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info