Azərbaycan ilə Əfqanıstan arasında müdafiə sənayesi sahəsində əməkdaşlığa dair protokol imzalanıb
Tarix: 02.08.2018 | Saat: 17:43:00 | E-mail | Çapa göndər


Avqustun 2-də Azərbaycan Respublikası ilə Əfqanıstan İslam Respublikası arasında müdafiə sənayesi sahəsində əməkdaşlığa dair protokol imzalanıb.
Protokolun imzalanması Azərbaycanın müdafiə sənayesi nazirinin müavini Yəhya Musayevin Əfqanıstan Prezidentinin ölkəmizdə səfərdə olan MDB ölkələri üzrə səlahiyyətli nümayəndəsi Mohammad Şaker Kargarın rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti ilə görüşü çərçivəsində baş tutub.
Müdafiə Sənayesi Nazirliyindən (MSN) Trend-ə verilən məlumata görə, görüşdə Yəhya Musayev Azərbaycan ilə Əfqanıstan arasında müxtəlif sahələrdə inkişaf edən əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə olduğunu vurğulayıb. Nazir müavini MSN-in fəaliyyəti barədə nümayəndə heyətinə ətraflı məlumat verib.
Söhbət zamanı iki ölkə arasında müdafiə sənayesi üzrə əməkdaşlığın istiqamətləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Nümayəndə heyətinin başçısı Mohammad Şaker Kargar səmimi görüşə və ətraflı məlumata görə minnətdarlığını bildirib.
Görüşdə Əfqanıstanın Azərbaycandakı səfirliyinin nümayəndələri də iştirak ediblər.
Səfər çərçivəsində nümayəndə heyəti Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində olub və istehsal prosesini yaxından izləyib.




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Qanunsuz aksiyalar heç bir ölkədə məqbul sayılmır
19.11.2018
Bu tarixi bilmək lazımdır və ya keçmişin dərsləri
19.11.2018
Prezidentin Belarusa səfəri ölkələrimizin iqtisadi əlaqələrində yeni bir mərhələnin əsasını formalaşdırır
19.11.2018
Almaniyadakı azərbaycanlı alimlərin konfransı keçirilib
19.11.2018
İsveçrə Azərbaycanlıları Koordinasiya Şurasının toplantısı keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info