Narina Mkrtçyan: “Moskva Ermənistana qarşı alçaldıcı davranışını açıq şəkildə göstərir “
Tarix: 02.08.2018 | Saat: 23:38:00 | E-mail | Çapa göndər


"Rusiyanın xarici işlər naziri suveren Ermənistanın daxili işlərinə müdaxilə etməyə çalışır". Bu fikirləri “1in.am” saytına verdiyi aşıqlamada Ermənistan Milli Mətbuat Klubunun sədri Narina Mkrtçyan Sergey Lavrovun ötən gün verdidyi açıqlamasını şərh edərkən bildirib.
Mkrtçyanın sözlərinə görə, rus mətbuatı həmişə erməni mediasına təsir edib və bu təsir bu gün də davam edir: “Lavrovun bəyanatını təhlil edərkən deyə bilərik ki, Ermənistanın suverenliyi üçün narahatlıq doğuracaq bir sıra təhlükəli hallar bu gün də mövcuddur. Belə ki, Rusiya xarici işlər naziri hələ də Ermənistanın daxili işlərinə müdaxilə etməyə çalışır. Moskva artıq başa düşməlidir ki, Ermənistanın özünün dövlət maraqları var və Ermənistanın müstəqilliyinə və suverenliyinə xələl gətirmək cəhdləri bizim dövlət maraqlarımıza ziddir. Moskva sanki Rusiya üçün bir növ hansısa təhlükə var deyə, Ermənistana, onun suverenliyinə və siyasi arenasına qarşı alçaldıcı davranışını açıq şəkildə nümayiş etdirir. Əgər bu gün Ermənistanda Rusiyanın beşinci sütununun (kolonun-A. B) atmosferi yoxdursa, bu halda İrəvana Moskvadan asılılıq üçün əlverişli bir əsas yoxdur. Mən inanıram ki, Ermənistanın suveren, demokratik, müstəqil bir dövlət qurmaq imkanı var. Ona görə də biz bu tələbi yeni Ermənistan hakimiyyətinə təqdim etməliyik”.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
17.07.2019
«Ermənistan ABŞ-üçün 170-ci ticarət tərəfdaşıdır»
17.07.2019
Son xəbər: Türkiyənin İraqdakı diplomatlarına hücum olub, ölən və yaralananlar var
17.07.2019
Rəsmi Tehran Birləşmiş Ərəb Əmirliklərinin neft tankeri ilə bağlı məsələyə aydınlıq gətirib
17.07.2019
Ermənistanda iş yerlərinin itxtisarı gözlənilir
16.07.2019
Erməni qadınların problemləri

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10829

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
3 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
4 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır
5 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info