Burada deyiblər “kiminin əvvəli kiminin axırı”
Tarix: 03.08.2018 | Saat: 01:54:00 | E-mail | Çapa göndər



On il əvvəl - 2008-ci ildə həbs olunan Nikol Paşinyan həbs edilməsində önəmli rol oynayan o dövrün hökumət nümayəndələrinin hazırda təqib edilməsi və həbsi ilə şəxsən məşğuldur. Burada deyiblər “kiminin əvvəli, kiminin axırı”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında son dövrdə Ermənistanda baş verən ictimai-siyasi prosesləri şərh edən analitik–icmalçı Ehtiram Aşırlı bildirib.
E.Aşırlı deyib: “Kim deyərdi ki, bir vaxtlar həbs olunan Nikol Paşinyan hökümətin başına keçəcək və onu dəmir barmaqlıqlar arxasına salan köhnə hökumət üzvlərindən əvəz çıxacaq. Əslində N.Paşinyan təkcə 2008-ci il 1 mart hadisələrinin araşdırılmasında maraqlı deyil, həmçinin köhnə hökumət nümayəndələrindən həbsdə olduğu günlərin intiqamını alır. Bir neçə gün öncə ovaxtki prezident, etirazların qan içində boğulması əmrini vermiş Robert Köçəryan təqsirləndirilən şəxs qismində müstəntiqlərin qarşısına çıxarıldı və sabiq dövlət başçısının barəsində həbs qərarı çıxarılması üçün məhkəməyə müraciət olundu”.
Köçəryan bunu “vendetta” və “dövlətin altına bomba qoyulması” kimi qiymətləndirir. Robert Köçəryanın hakimiyyəti dövründə klan təəssübkeşliyi əvəzinə, hüquq və azadlıqlara əsaslanan dayanıqlı sistem qurmağa çalışsaydı, heç kim bu gün “qisas” fikrinə düşməzdi. Onun özü də indi məhbəs həyatına hazırlaşmaq əvəzinə, rahat təqaüdçü həyatını yaşayar, aqil adam qismində ölkəsinin yeni nəsil siyasətçilərinə məsləhətlər verərdi. Yəni, Köçəryan həbsinin daxili siyasətdə Paşinyan üçün hər hansı neqativ nəticələrini gözləməyə dəyməz. Bəlkə də Paşinyanın tez-tez Qarabağa getməsi Ermənistanda klanın zərərsizləşdirilməsi ilə əlaqədar orada etirazların baş qaldırması ehtimalı qarşısında qabaqlayıcı tədbirlər görmək və öz mövqelərini möhkəmləndirməyə çalışmaq niyyətindən irəli gəlir.
Lakin hadisələr bir daha göstərir ki, Ermənistanda hökumət tam olaraq formalaşmayıb və vəziyyət hər an dəyişə bilər. Baş nazir hökumətlə məşğul olmaq əvəzinə öz intiqamını almaqla məşğuldur. N.Paşinyana “Cahanda hər hökmü bir zaman verir, dünən fərman verən, bu gün can verir” fikrini söyləmək burada yerinə düşər.




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Belarus səfəri Ermənistanda böyük rezonans doğurub
20.11.2018
Moldova prezident idarəçiliyinə qayıtmaq istəyir
20.11.2018
Gürcüstanda 150-dən çox sabiq vəzifəli şəxsə qarşı cinayət işi açıldı
19.11.2018
Avropa İttifaqı vahid kəşfiyyat mərkəzi yaradır
19.11.2018
İranda bahalaşma davam edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info