Alimlər donuzlara süni ağciyər köçürüblər
Tarix: 03.08.2018 | Saat: 05:21:00 | E-mail | Çapa göndər


Amerikalı biomühəndislər dünyaya yeni sensasiyalı hesabat təqdim ediblər. Belə ki, insan ömrünün uzadılması istiqamətində daha bir addım atılıb. Alimlər donuzlara süni yetişdirilmiş ağciyər köçürüblər.
AZƏRTAC “vistanews” saytına istinadla xəbər verir ki, transplantasiya əməliyyatından kifayət qədər qısa müddət sonra orqanlar adaptasiya olunub. Bu vaxtadək məhz patoloji cəhətdən zədələnmiş ağciyərlər orqanizm tərəfindən qəbul edilmədiyindən mükəmməl transplantasiya üçün yararsız hesab olunurdu. Tədqiqatçılar qidalandırıcı məhlulda laboratoriya heyvanlarının bütün hüceyrələrini çıxarmaqla zülal strukturundan orqanlar yetişdirməyə nail olublar. Yerdə qalan elastik üçölçülü əsas sahə resipiyent donuzun hüceyrələri ilə doldurulub. Yetişdirmə prosesi bir aya başa çatıb. Bundan sonra orqanlar fərdi damar şəbəkəsi yaradıb.
İlk uğurlara baxmayaraq, hələ alimlərin qarşısında insan orqanlarının yetişdirilməsi metodikasının hazırlanması ilə bağlı çoxlu problemlər var. Bu məsələdə resipiyentin yaşı və transplantasiya dövrünədək həyat tərzi mühüm rol oynayır. Lakin alimlər əmindirlər ki, yaxın zamanlarda eksperimentlərin müsbət nəticələrini əldə etmək mümkün olacaq. Birinci mərhələ uğurla başa çatıb. Elmi dairələr bu istiqamətdə tədqiqatların nəticələrini diqqətlə izləyirlər.




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Aya uçacaq ilk turist o oldu - 42 yaşlı milyarder kimdir?
17.09.2018
Britaniyalı alimlər “ağıllı şalvar“ hazırlayıblar
13.09.2018
Dayver köpək balığını hipnoz edib
13.09.2018
Banan yeməklə siqaret asılılığından xilas olmaq mümkündür
12.09.2018
Çin pilotsuz metro qatarı təqdim edir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10127

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info