“Bu, Ermənistana baha başa gələcək”
Tarix: 03.08.2018 | Saat: 05:25:00 | E-mail | Çapa göndər


Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) iki ölkəni yox, 5 ölkəni əhatə edən qurumdur. Buna görə də Rusiyanın KTMT-nin Baş katibi Yuri Xaçaturovun həbs edilməsinə cavab olaraq, Ermənistana silah satışını dayandırması adekvat addım olardı.
Bunu rusiyalı hərbi ekspert Aleksandr Xramçikin deyib(Axar.az).
Ekspert hesab edir ki, Rusiyanın silah satışını dayandırmasından sonra Ermənistan özünə yeni təchizatçı axtarmağa başlayacaq:
“Lakin bu, asan deyil. Rusiyanın bu addımı Ermənistana baha başa gələcək. Digər yandan isə Rusiya son illərdə Ermənistana silah satmaqda maraqlı deyil, buna görə də silah satışı hiss ediləcək dərəcədə azalıb. Son illərdə Ermənistana ancaq “İsgəndər-E” və “Smerç” kompleksləri satılıb.
Hesab edirəm ki, Ermənistanın tamamilə pis vəziyyətdə qalması üçün kifayət edir ki, Rusiya bu ölkəyə silah satışını dayandırsın. Hər halda Yuri Xaçaturovun həbs edilməsi Rusiyanın xoşuna gəlməyib”.
Xramçikinin sözlərinə görə, Rusiya Ermənistanla silah satışında dair imzalanmış müqavilələri nəzərdən keçirməklə yanaşı, bu ölkəyə kredit ayırmaqdan da imtina edə bilər.
Qeyd edək ki, KTMT-nin Baş katibi Yuri Xaçatoruv 2008-ci ildə İrəvanda keçirilmiş anti-hakimiyyət mitinqlərində iştirak edən insanlara atəş açmaq əmri verməkdə ittiham oolunaraq, həbs edilib.




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq
17.09.2018
“Dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info