“Armenianreport”: “Rusların bizə silah satmaqdan imtina etmələri bizə sərf edir”
Tarix: 03.08.2018 | Saat: 16:22:00 | E-mail | Çapa göndər


“Bu halda bizim üçün Avropa və ABŞ-dan daha müasir silahların alınması perspektivi yaranar”

Xatırlayırsınızsa, ötən gün “Kommersant”nəşrinə açıqlama verən rusiyalı hərbi ekspert Aleksandr Xramçikin “son illər Rusiya Ermənistana silah satmaqda maraqlı deyil” söyləməsi qarşı tərəfdən ikrahdoğurucu bir qıcıqla qarşılanıb. Əslinə baxanda hərbi ekspertin açıq etrafı ermənilərə yaman yer eləyib.
“Armenianreport” saytında yer alan yazıların birində Xramçikin fikirlərinə münasibət bildirən erməni yazar istehza ilə, “rus silahları olmadan biz məhv olmayacagıq, bəlkə də, bu, bizim üçün daha sərfəlidir”- deyə bildirib: “Biz əvvəlki yazdıqlarımızın birində də Moskvanın nə qədər sərt tədbirlər görməyə hazır olması barədə bildirmişdik. Çünki, bu gün İrəvanda daxili və xarici siyasət məsələləri ilə bağlı məsləhətləşmələr, müəyyən kadr təyinatları Moskva ilə razılaşdırımaması, təbii ki, Kremli qane etmir. Bir də Ermənistanın açıq şəkildə Rusiyaya artıq onun "kiçik qardaşı" deyil, bərabər tərəfdaş olduğunu bildirməsi, Moskvanı daha da qıcıqlandırıb: “İndi Rusiya özü düşündüyü kimi, Ermənistanın "ağrılı yerindən", yəni rus silah və avadanlıqlarının İrəvana tədarükü üçün imtiyazlı kreditə ara verməyi qərara alıb”.
Maraqlıdır ki, erməni saytı Rusiyanın Azərbaycanla qarşılıqlı münasibətlər fonunda (əlbəttə ki, ermənilər burada daha çox Rusiyanın Azərbaycana silah tədarükünü nəzərdə tuturlur-A.B.) əlaqələri heç cür həzm edə bilmir. Ermənilər Kreml ideoloqlarını “əgər onlar Ermənistanı belə bir ibtidai şəkildə özlərinə bağlaya biləcəklərinə inanırlarsa, onlar çox səhv edirlər. Əvvəla ondan, yəni rusların bizə silah verməyəcəyi təqdirdə bizim məhv olacağımızdan başlayaq. Əslinə qalanda rusların bizə silah satmaqdan imtina etmələri bizə daha çox sərf edir. Çünki bu halda bizim qarşımızda rusların köhnə silahlarından fərqli olaraq, Avropa və ABŞ-dan daha müasir silahların alınması perspektivi yaranar”.
Ermənilərin rusların “100 milyonluq kreditin hallandırılmasına” reaksiyaları da maraqlıdır. Saytın yazdığına görə, 100 milyonluq kreditlə hər hansı bir silahı bizi Rusiyanın diktatorlarından qurtarmağa çalışan Fransa, Böyük Britaniya, lap elə ABŞ-dan da ala bilərik: “Çünki bizim diaspor təşkilat kanalları ilə həm Ağ evə, həm də, Elisey sarayına “çıxışımız var. Bir də, əgər əvvəllər Paşinyan və onun komandası Rusiya ilə bağlı tərəddüd edirdilərsə, Kremlin son şantajlarından sonra Qərbin təklifini qəbul edəcəyinə heş bir şübhə yeri yoxdur.”
Yenə 2016-cı ilin Aprel müharibəsini xatırladan sayt, “Ermənistanın müttəfiq olaraq Rusiyanın etibarlılığına həmişə şübhə ilə yanaşdıqlarını bildirir: “Axı, adətən, müttəfiqlik subyektlərin bərabərliyi kimi qəbul olunur. Buraya inam və qarşılıqlı yardımlar da daxildir. Lakin Rusiya haqqında, Ermənistana münasibətdə bunları söyləmək heç cür mümkün deyil. Rusiya bizim üçün müttəfiq deyil, bizim qanımızı sovuran bir gənədir. Rusiya unudur ki, onun Cənubi Qafqazda mövcudlugu üşün yalnız Ermənistana minnətdar olmalıdır. Lakin bizim bu “humanizliyimiz” (?-A. B.) müqabilində Moskvadan həmişə zərər və problemlər görmüşük. Ona görə, bu dəfə də ruslar təhdid və şantajlarını özlərinə saxlasınlar. Biz hansısa, 100 milyon dollarlıq kreditə görə suverenlik və parlaq gələcəyimizi qurban verməyəcəyik...”
Ağasəf Babayev





 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib
13.11.2018
NATO Avropa ordusuna qarşı çıxdı
13.11.2018
Ermənistanın dövlət strukturlarında çalışanlar ixtisar ediləcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10476

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info