“Ermənistan Moskvaya hərbi çağırış etdi”
Tarix: 03.08.2018 | Saat: 18:39:00 | E-mail | Çapa göndər



Rusiyanın “Azad mətbuat” portalında belə bir başlıq altında yer alan yazıda müəllif “KTMT sədri Xaçaturovun cinayətkar kimi təqibi fonunda İrəvanın NATO-ya doğru sürüşməsinin daha da artıq nəzərə çarpdığını” bildirir.
Portaldakı genişhəcmli yazıdan maraq kəsb edən bəzi yerləri Sizin də mühakimənizə veririk.
Xaçaturovla birgə sabiq prezident Robert Koçaryanın da həbsinə diqqət ayıran portal, Ermənistanın mövcud rəhbərliyini siyasi təcrübəsizlikdə, səbatsızlıqda suclayır. Portal sual edir: Ermənistanın yeni rəhbərliyi tərəfindən həyata keçirilmiş bu həbclərdə məqsəd nədir. Axı Paşinyan unutmamalıdır ki, KTMT məhz Rusiyanın təşəbbüsü ilə yaradılan hərbi-siyasi ittifaqdır və bu ittifaqı idarə edən adamın həbsinə təşəbbüs nə deməkdir?
Maraqlıdır ki, bəzi rus analitikləri yeni baş nazir Nikol Paşinyanın bu addımlarını seçkiqabağı özünütəsdiqə hesablandığını bildirirlər. Onların fikrincə, öz hakimiyyətini gücləndirmək üçün Paşinyan atdığı bu addımlarla, Ermənistandakı daxili vəziyyəti sarsıdır.
Portal bir müddət bundan əvvəl Panık kəndində yaşananları nümunə kimi göstərir: “Əslində burada elə bir sensasion hadisə də yaşanmamışdı, sadəcə, boş güllələrlə havaya atəş açan rus əsgərlərinə yerli sakinlər irad bildirmişdilər. Lakin sonradan Ermənistan tərəfi Rusiya qoşunlarının ölkə ərazisinə yerləşdirilməsi üçün şəraitin nəzərdən keçirilməsinin lazım olduğunu bəyan etdi”.
“Ermənistan Avrasiya İqtisadi Birliyinin üzvüdür. ancaq Avropa Birliyi ilə assosiasiya sazişinə də malikdir. Ermənistan KTMT-nin üzvüdür, eyni zamanda NATO ilə və ən çox da ABŞ-la sıx əməkdaşlıq etməyə can atır. ABŞ-ın Ermənistandakı səfirliyi Cənubi Qafqazdakı ən böyük səfirlikdir. Onun ərazisi, təxminən iki min ABŞ əsgərini yerləşdirməyə imkan verir”.
“Ermənistan həm Qərbdə olmaq istəyir və eyni zamanda Rusiyadan da köhnə həcmdə hər şeyi almaq istəyir. Bunula yanaşı, Moskvadan ona dəstək verməsini “tələb edir”. Vaxtilə iki kürsüdə oturmağa çalışan Sarkisyandan fərqli olaraq, Paşinyan hazırda Qərbə hərəkətini daha da aktivləşdirib. Paşinyan və onun ətrafı unudur ki, hələ ki Rusiyaya görə, onun imtiyazlarına: ucuz təbii qaz, güzəştli şərtlərlə silahlar və s. hesabına duruş gətirirlır. Paşinyandan soruşmaq lazımdır ki. əgər Qərbin sizə dəstək olmasını istəyirsənsə, onda qoy Qərb sizi Dağlıq Qarabağ zonasında da qorusun. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının gələcəyindən də narahat olmayın. Artıq özünüzü necə qoruyacağınız, öz təhlükəsizliyinizi necə bərpa edəcksiniz, bu barədə özünüz düşünün”.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Belarus səfəri Ermənistanda böyük rezonans doğurub
20.11.2018
Moldova prezident idarəçiliyinə qayıtmaq istəyir
20.11.2018
Gürcüstanda 150-dən çox sabiq vəzifəli şəxsə qarşı cinayət işi açıldı
19.11.2018
Avropa İttifaqı vahid kəşfiyyat mərkəzi yaradır
19.11.2018
İranda bahalaşma davam edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info