SOCAR-ın Türkiyədəki “Star” zavodunda xam neft emalına başlanılıb
Tarix: 03.08.2018 | Saat: 20:15:00 | E-mail | Çapa göndər


Zavodda ilk dəfə Azərbaycan nefti emal edilib

SOCAR-ın 6,3 milyard dollar kapitalla Türkiyənin İzmir şəhərinin Əliağa rayonunda, “Petkim” neft-kimya kompleksinin ərazisində inşa etdiyi “Star” neft emalı zavodunda ilk dəfə Azərbaycan nefti emal olunub.

AZƏRTAC xəbər verir ki, “Star” neft emalı zavodunda xam neft emalına başlanılıb. Zavodda emal edilən ilk neft yükü Azərbaycandan çatdırılıb. “Abşeron” adlı tanker ilə Azərbaycandan göndərilən 80 min ton xam neft emal üçün zavoda qəbul edilib.
Zavodda xam neft emalının başlaması və sınaq əməliyyatlarının həyata keçirilməsi ilə bağlı Əliağada mərasim keçirilib.
“SOCAR Turkey Enerji A.Ş.”nin (STEAŞ) baş direktoru Zaur Qəhrəmanov bildirib ki, SOCAR indiyədək Türkiyəyə 19 milyard dollar investisiya qoyub: “Türkiyəyə investisiyalar davam edəcək. Biz Türkiyədəki fəaliyyətlərə qısamüddətli baxmırıq. Türkiyə bizim üçün mühüm ölkədir. Bizim xarici investisiya portfelimizdə ən vacib ölkə Türkiyədir. Bizə “Türkiyənin ən böyük xarici sərmayədarı” deyirlər”.
“Star” neft emalı zavodunun baş direktoru Mesut İlter isə deyib ki, ötən həftə dizel tankeri zavodun limanına yan alıb. İndi isə ilk neft yükü Azərbaycandan gəlib. Bu gündən etibarən zavodu istismara hazır etməyə başlayırıq. Oktyabr ayına qədər zavoddakı bütün qurğular istifadəyə veriləcək. Cari ilin sonuncu rübündə “Star” neft emalı zavodu işləməyə başlayacaq.
“Zavodun məqsədi neft-kimya sektorunu xam məhsul ilə təmin etməkdir. Neft-kimya məhsullarından savayı zavodda reaktiv yanacağı, mayeləşdirilmiş neft qazı (LPG) və dizel yanacağı da istehsal ediləcək. Hazırda Türkiyə bütün bu yanacaq növlərini idxal edir. “Star”ın istifadəyə verilməsi ilə bu məhsulların idxalı azalacaq. Zavod Türkiyənin illik kəsirini təxminən 1,5 milyard dollar azaldacaq. Zavodda əsasən Yaxın Şərq, Rusiya və Şimali Afrika nefti emal olunacaq. Zavod bu il təxminən 2 milyon ton xam neft emal edə biləcək. 2019-cu ildə isə zavod tam gücü ilə yəni, ildə 10 milyon ton emal həyata keçirə biləcək.
Qedy edək ki, illik 10 milyon ton xam neft emal gücü olacaq “Star” neft emalı zavodunda hər il 10 milyon ton xam neft emal edəcək. Zavodda ildə 1,6 milyon ton nafta, 1,6 milyon ton təyyarə yanacağı, 4,8 milyon ton az kükürdlü dizel yanacağı, 700 min ton neft koksu, 420 min ton qarışıq ksilen, və 160 min ton kükürd istehsal olunacaq.
Xatırladaq ki, “Star” zavodunun təməli 2011-ci il oktyabrın 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulub.




 
Bölməyə aid digər xəbərlər
22.04.2019
Nazirlik 1-ci rübdə vergi sahəsində görülmüş işlər barədə məlumat yaydı
22.04.2019
Xoşbəxt Yusifzadə: “Xarici bazarlara yüz milyonlarla ton neft tədarük edilib”
22.04.2019
Nazir: “Cari ildə TANAP-la Türkiyəyə 1,5 milyard kubmetrdən çox qaz nəql edilib”
22.04.2019
Bəxtiyar Aslanbəyli: “AÇG yataqlar blokunun işlənməsinə 36 milyard dollardan çox sərmayə qoyulub”
22.04.2019
Vergilər naziri “AmCham”ın nümayəndələri ilə görüşüb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10757

1 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 Tarixin ibrət dərsləri...
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info