Kremlin İrəvana cavabı bu olacaq: Bakıya satış artacaq
Tarix: 03.08.2018 | Saat: 20:17:00 | E-mail | Çapa göndər



Məncə, Moskva Ermənistandan narazılığını göstərmək üçün hansısa addımlar atacaq. Bu tədbirlər məntiqli olacaq. Yəqin ki, Ermənistan KTMT-dəki sədrliyini itirəcək, Moskva Azərbaycana silah tədarükünü artıracaq və hər şey də bununla bitəcək.

Bunu BBC-yə müsahibəsində rusiyalı politoloq Andrey Yepifantsev deyib (Axar.az ).
“Ermənistan rəhbərlərinin Köçəryan və Xaçaturovla bağlı dedikləri onların hadisələrə ənənəvi yanaşma tərzləridir. Onlar hər zaman deyirlər ki, biz nə ediriksə, bunu milli maraqlarımız çərçivəsində edirik. Bu bizim daxili işimizdir və işimizə qarışmayın. Lakin reallıqda Ermənistanın xarici öhdəlikləri var. Bu öhdəliklər xüsusilə KTMT və Moskva ilə münasibətlərlə bağlıdır. Burada onların azadlıqları məhdudlaşır.
Ermənistan hökuməti heç nə olmamış kimi KTMT baş katibini həbs edə bilməz. Ona görə ki, bu, beynəlxalq hüquqa ziddir. Bu, həm KTMT-nin imicinə, həm Moskvaya, həm də Ermənistan-Rusiya münasibətlərinə zərər vurur.
Əlbəttə, Paşinyanı hakimiyyətə gətirən şəxslər ona təzyiq edir və ondan köhnə hakimiyyətin qisasını istəyir. Hazırda o, cəmiyyətin bu hissəsinə özünün loyallığını göstərməlidir. Onun qarşısında seçim var idi: ya elə etməli idi ki, bu insanlar ondan üz çevirməsin, ya da Ermənistanın öhdəliklərini pozmalı idi və Paşinyan birincini seçdi.
Moskva hər zaman İrəvana qarşı “başa düşmək və əfv etmək” siyasəti çərçivəsində hərəkət edib. Məncə, erməni siyasətçilər Kremlin yenə belə siyasət yürüdəcəyini bilirlər” – deyə o bildirib.




 
Bölməyə aid digər xəbərlər
23.02.2019
“Qoy əfqan xalqı öz liderini özü seçsin“
22.02.2019
Özəl telekanallarda yayımlanan bayağı seriallar bizi çox narahat edir
22.02.2019
Müxalifət özü də bilir ki, bu aksiyalar mənasızdır, xalqın iradəsini ifadə etmir
22.02.2019
“Talibana hərbi təzyiq göstərməyə davam edəcəyik“
22.02.2019
Azərbaycan “Şimal-Cənub” nəqliyyat dəhlizinin regional qovşaqlarından biridir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info