Xroniki böyrək çatışmazlığı olan xəstələrə göstərilən tibbi xidmətin yaxşılaşdırılması məsələləri müzakirə olunub
Tarix: 03.08.2018 | Saat: 21:45:00 | E-mail | Çapa göndər



Avqustun 3-də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) xroniki böyrək çatışmazlığı olan xəstələrə göstərilən tibbi xidmətin yaxşılaşdırılması, keyfiyyət və səmərəliyinin artırılması ilə bağlı iclas keçirilib.
İSİM-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə Səhiyyə Nazirliyinin və İSİM-in nümayəndələri, o cümlədən Bakı və Sumqayıt şəhərlərində fəaliyyət göstərən hemodializ mərkəzlərinin rəhbər və mütəxəssisləri iştirak ediblər.

İclasda “2016-2020-ci illər üçün xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı”nın icrası ilə bağlı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Fəaliyyət Planının həyata keçirilməsi istiqamətində mövcud vəziyyət geniş təhlil olunub, böyrəklərin xroniki patalogiyası olan şəxslərin tam həcmdə tibbi yardımla, o cümlədən hemodializ müalicəsi ilə təmin edilməsi, kadr məsələləri ətrafında fikir mübadiləsi aparılıb, təkliflər dinlənilib.
İştirakçılar tərəfindən həmçinin böyrəklərin xroniki xəstəlikləri zamanı müasir müalicə və diaqnostika üsullarının tətbiqi məsələləri, xroniki böyrək çatışmazlığı üzrə ixtisaslaşdırılmış tibbi yardımın həcminin və keyfiyyət standartlarının müəyyən olunması ilə bağlı səmərəli fikir mübadiləsi aparılıb.




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Püstə yeyin ki, stresdən uzaq olasınız
15.09.2018
Yeməkdən əvvəl su içmək xəstəlikləri azaldır
14.09.2018
“Sıçovul qızdırması“ yenidən yayıldı
14.09.2018
Bu xəstəliyi olan insanlar səhər çoxlu miqdarda qəhvə içsin
13.09.2018
Azərbaycanda uzunömürlülər daha çox hansı xəstəliklərdən əziyyət çəkirlər?

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
3 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info