Prezidentin Sərəncamı ilə təltif olunan dənizçilərə mükafatlar təqdim olunub
Tarix: 03.08.2018 | Saat: 22:15:00 | E-mail | Çapa göndər




Prezident İlham Əliyevin 2018-ci il iyunun 23-də imzaladığı Sərəncamla dəniz nəqliyyatının inkişafında xidmətlərinə görə təltif etdiyi "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin bir qrup əməkdaşına mükafatların təqdim olunması mərasimi keçirilib.

QSC-nin mətbuat katibliyindən AZƏRTAC-a bildiriblər ki, "AXDG" QSC-nin sədri Rauf Vəliyev dəniz nəqliyyatı sahəsində çalışanların fədakar əməyinin hələ ümummilli liderimiz Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi illərdə yetərincə qiymətləndirildiyini deyib. Qeyd edib ki, Ulu Öndərin siyasətini layiqincə davam etdirən Prezidentimiz İlham Əliyev də dənizçilərə daim diqqət və qayğı göstərir, müstəqil Azərbaycanımızın iqtisadi qüdrətinin artırılması naminə gördükləri işləri yüksək dəyərləndirir. Elə bu yaxınlarda ölkə başçısının gəmiçiliyin 1 veteran əməkdaşının "Prezidentin fərdi təqaüdü", 4 əməkdaşının "3-cü dərəcəli əmək ordeni", 12 əməkdaşının "Tərəqqi" medalı, 1 əməkdaşının isə "Əməkdar mühəndis" fəxri adına layiq görülməsi barədə imzaladığı Sərəncamları buna sübutdur.
Rauf Vəliyev diqqətə çatdırıb ki, bu il Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi üçün əlamətdardır: "Gəmiçilik olaraq 160 illik yubileyimizi qeyd edəcəyik. Qürurlu tarixdir və sevindirici haldır ki, dövlətimizin başçısı da yubiley ilimizin daha yaddaqalan olması üçün biz dənizçilərə diqqət və qayğısını əsirgəmir. Bildiyiniz kimi, bu il gəmiçiliklə bağlı iki medal ("Gəmiçilik sahəsində xidmətlərə görə" və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)" medalları) təsis edilib. Bu medallar Prezident tərəfindən bütün dəniz nəqliyyatı işçilərinin əməyinə verilən yüksək qiymətdir".

Həm medallara, həm də iyunun 23-də imzalanan Sərəncamlara görə çoxminli dənizçi kollektivi adından bir daha Prezidentimizə minnətdarlığını bildirən "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyev dənizçilərin bu yüksək etimadı doğruldacaqlarına əminliyini ifadə edib.
Sonra yüksək mükafatlar sahiblərinə təqdim olunub. Təltif olunan dənizçilər Prezident İlham Əliyevə öz təşəkkürlərini bildirərək, göstərilən diqqət və qayğı nəticəsində Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin daha böyük nailiyyətlər qazanacağını vurğulayıblar.
Qeyd edək ki, mərasimdə "AXDG" QSC sədrinin əmrinə əsasən səmərəli əmək fəaliyyətinə görə və "Dənizçi günü" peşə bayramı münasibətilə təltif olunan 21 nəfərə də gəmiçiliyin Fəxri Fərmanı verilib.




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
Bakı Şəhər Baş Polis İdarəsi paytaxtda keçirilən mitinqlə bağlı məlumat yayıb
18.01.2019
“Bakcell” və “Hesab.az” avtomatik ödəniş funksiyasını təqdim edib
18.01.2019
“ASAN xidmət” müvafiq dövlət xidmətlərinin alternativsiz formada həyata keçirildiyi vahid məkana çevrilir
18.01.2019
20 yanvar günü bu küçələrdə hərəkət tam məhdudlaşdırılacaq
18.01.2019
Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info