Qazaxıstanın qərb regionunda Azərbaycan kapitallı 46 müəssisə qeydiyyatdan keçib
Tarix: 20.06.2013 | Saat: 21:32:00 | E-mail | Çapa göndər


İqtisadi inkişaf naziri Şahin Mustafayevin rəhbərlik etdiyi rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyəti Azərbaycanla Qazaxıstan arasında, o cümlədən bu ölkənin qərb vilayətləri ilə iqtisadi əlaqələrin daha da genişləndirilməsi, burada Azərbaycana məxsus logistik mərkəzlərin yaradılması, iş adamları arasında işgüzar əlaqələrin təşviqi, iqtisadi əməkdaşlığın genişləndirilməsi ətrafında müzakirələrin aparılması məqsədilə Qazaxıstanın Aktau şəhərində səfərdə olub. İqtisadi İnkişaf Nazirliyindən verilən məlumata görə, səfər çərçivəsində Qazaxıstanın iqtisadiyyat və büdcə planlaşdırması naziri Yerbolat Dosayev ilə Ş.Mustafayev arasında görüş keçirilib.
Görüşdə Azərbaycan-Qazaxıstan əlaqələrinin uğurla inkişaf etdiyi vurğulanıb, əməkdaşlığın genişləndirilməsi persrektivləri, eləcə də Qazaxıstanın qərb vilayətlərində logistik mərkəzlərin yaradılması məsələləri müzakirə edilib. Sonra Qazaxıstan-Azərbaycan biznes forumu keçirilib. Tədbirdə hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, sənaye, kənd təsərrüfatı, qida sənayesi, tikinti, turizm və digər sahələrdə fəaliyyət göstərən 250-dən çox iş adamı iştirak ediblər. Nazir Y.Dosayev forum və işgüzar görüşlərin iş adamları arasında əlaqələrin inkişafında əhəmiyyətini, tərəflərin geniş iqtisadi potensiala, əlverişli biznes və investisiya mühitinə malik olduğunu vurğulayıb, iş adamlarını fəal əməkdaşlığa dəvət edib. Öz növbəsində nazir Ş.Mustafayev Azərbaycanın Qazaxıstanla ikitərəfli əməkdaşlığın inkişafına böyük əhəmiyyət verdiyini vurğulayıb, hazırda ikitərəfli əməkdaşlığın uğurla inkişaf etdiyini, əlaqələrin genişlənməsində yüksək səviyyəli qarşılıqlı rəsmi səfərlərin, aparılan danışıqların mühüm rol oynadığını bildirib. Ş.Mustafayev əlavə edib ki, iki ölkə arasında möhkəm müqavilə-hüquq bazası yaradılıb, 20-dən çoxu iqtisadi sahəyə aid olmaqla ümumilikdə 90-dan çox sənəd imzalanıb. İki ölkə arasında iqtisadi əlaqələr barədə də məlumat verən Ş.Mustafayev bildirib ki, ötən il iki ölkə arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 42,8% artıb: «Hazırda Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən 37 Qazaxıstan şirkəti uğurla fəaliyyət göstərir. Təkcə Qazaxıstanın qərb regionunda Azərbaycan kapitallı 46 müəssisə qeydiyyatdan keçib». Tədbirdə təqdimatlar olub. Qazaxıstana səfər zamanı Azərbaycan nümayəndə heyəti Aktau Beynəlxalq Dəniz Ticarət Limanının və Aktaudakı Xüsusi İqtisadi Zonanın fəaliyyəti ilə tanış olub.
Ilkin




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Azeri Light”ın bir barrelinin qiyməti 72 dolları keçib
13.11.2018
Oktyabrda bəzi ərzaq məhsullarının qiymətlərində bahalaşma qeydə alınıb
12.11.2018
Azərbaycan dünyanın 25-ə yaxın ölkəsinə fındıq məhsulu ixrac edir
12.11.2018
AQTA-da meyvə-tərəvəz istehsalı və ixracatı ilə məşğul olan sahibkarlarla görüş keçirilib
12.11.2018
Azərbaycan Şəkər İstehsalat Birliyindən iqtisadiyyata daha bir töhfə

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10458

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info