“Ermənistan hakimiyyəti sələflərinin işğalçılıq siyasətindən imtina etməlidir”
Tarix: 06.08.2018 | Saat: 15:25:00 | E-mail | Çapa göndər


“Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə bildirib ki, Ermənistandakı hərbi xuntanın başında duranlar təkcə azərbaycanlıların deyil, həm də erməni xalqının düşmənləridirlər”. Bunu millət vəkili Sahib Alıyev son günlər Ermənistanda aparılan bəzi istintaq tədbirləri bağlı deyib.
O bildirib: “Bu gün Ermənistanda aparılan istintaq göstərir ki, həqiqətən də bu belədir. Robert Köçəryan, Serj Sərkisyan, Sergey Ohanyan, Manvel Qriqoryan, Yuri Xaçaturov, Mikael Harutyunyan və digərləri hakimiyyətə gəlmək, hakimiyyətdə qalmaq, var-dövlət əldə etmək üçün təkcə azərbaycanlıların deyil, ermənilərin də qanını töküblər. Faktlar onların öz xalqlarına qarşı heç də dinc azərbaycanlılara etdiklərindən az amansızlıq etmədiyini göstərir. Bütün bunlar hərbi xuntaların və işğalçı rejimlərin mahiyyətindən doğan bir reallıqdır. 
Ermənistanın indiki hakimiyyəti bundan nəticə çıxarmalı, sələflərinin işğalçılıq siyasətindən imtina etməli, hərbi xunta təmsilçiləri ədalət adına cəzalandırılırlarsa, onda Azərbaycanla ortaq istintaq komissiyası yaradılmalı, cinayətkarlar təkcə ermənilər deyil, dinc azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərə görə də cavab verməlidirlər. 
Bax onda demək olar ki, Ermənistanda həqiqətən də qonşularla sülh içində yaşamaq istəyən, demokratik düşüncə sahibləri hakimiyyətə gəliblər. Belə bir hakimiyyət olmadıqca, Dağlıq Qarabağ problemi həllini tapmadıqca o ölkənin heç bir gələcəyi yoxdur və ola da bilməz”.

Tural




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Xələf Xələfov Xəzər dənizi məsələləri üzrə səlahiyyətli nümayəndə təyin edilib
14.11.2018
Savelyev: “Rusiya ilə Azərbaycanın münasibətləri bu potensialın reallaşdırılmasının parlaq nümunəsidir”
14.11.2018
Bakıda MDB daxili işlər orqanlarının iclası keçirilir
14.11.2018
Dövlət Komitəsinin nümayəndə heyəti Los-Ancelesdə görüşlər keçirib
14.11.2018
Qarabağa qanunsuz səfər edən Avropa Parlamentinin üzvü Albaniyada arzuolunmaz şəxs elan olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10473

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info