Gürcüstanın bölgələrinin turistik imkanları ilə tanışlıq olub
Tarix: 06.08.2018 | Saat: 16:10:00 | E-mail | Çapa göndər


Azərbaycan nümayəndə heyəti Gürcüstanda səfərdə olub. Gəncə şəhərindən olan nümayəndə heyətimizin üzvləri azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda olublar.
Nümayəndə heyətinin üzvləri ilə Marneuli meriyasında görüş keçirilib.
Meriyadan AZƏRTAC-a bildiriblər ki, görüşdə iki ölkənin regionları, eləcə də Azərbaycan ilə sərhəddə yerləşən Marneuli rayonu arasında əlaqələrin inkişaf perspektivləri, hər iki ölkənin turizm imkanları, qarşılıqlı əlaqələrin inkişafında qeyri-hökumət təşkilatlarının rolu və s. məsələlər müzakirə olunub.
Bildirilib ki, bu səfər və görüş “Goda icma təhsil mərkəzi”nin təşkilatçılığı ilə “Əməkdaşlıq və inkişaf naminə vətəndaş cəmiyyəti, Azərbaycan və Gürcüstanın sərhədyanı bölgələrində turizmin inkişafı potensiyalının artırılması” layihəsi çərçivəsində reallaşıb.
Avropa İttifaqı tərəfindən maliyyələşdirilən layihənin əsas məqsədi Gəncə-Qazax və Kvemo Kartli beynəlxalq turistik marşrutunu yaratmaqla yanaşı, bölgədə əməkdaşlığı və mövcud potensialı inkişaf etdirməkdir.
Azərbaycan nümayəndə heyəti bir həftə ərzində Kvemo Kartli bölgəsində fəaliyyət göstərən yeddi bələdiyyəsinin hər birində olacaq, bölgələrin turistik imkanları ilə tanış olacaq, eyni zamanda, Azərbaycanın turizm potensialı, bölgənin iqtisadi imkanları barədə məlumat verəcəklər.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
İrəvanda “ölü canlar” da seçki bülletenlərinə salınıb
22.09.2018
Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10136

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info