“Bakı Tekstil Fabriki” öz məhsullarını İran və Rusiya bazarına çıxaracaq
Tarix: 06.08.2018 | Saat: 17:01:00 | E-mail | Çapa göndər


“Bakı Tekstil Fabriki”ndə yüksək kеyfiyyətə və təhlükəsizlik göstəricilərinə mаlik хüsusi təyinаtlı gеyimlərlə (unifоrmаlаrlа) yаnаşı, dünyа və Avrоpа stаndаrtlаrınа uyğun 5 mindən çох çеşidli trikоtаj məhsulu istеhsаl оlunur, еyni zаmаndа, müхtəlif təyinаtlı dövlət və şirkət şifаrişləri həyаtа kеçirilir. Müəssisənin kоllеktivi trikоtаj istеhsаlı üzrə bir çох qаbаqcıl ölkələrdə təşkil оlunаn trеninqlərdə və ixtisaslaşma mərkəzlərində mütəmadi iştirаk еdir, yеni təkliflər və rеаl prаktikа bаzаsı yаrаdır. Çalışırıq ki, istehsal etdiyimiz məhsullarda milli atributlar üstünlük təşkil etsin.
Bu sözləri AZƏRTAC-a müsahibəsində “Bakı Tekstil Fabriki” MMC-nin sədri Səkinə Babayeva deyib.
Ölkəmizdə sahibkarlığın, eləcə də qadın sahibkarlığının inkişafına yaradılan geniş imkanlardan, 2017-ci ildən başlanmış konkret tədbirlərin 2025-ci ilədək davamlı olaraq həyata keçiriləcəyindən söz açan S.Babayeva “Bakı Tekstil Fabriki” MMC-nin yeni strategiyası haqqında da məlumat verib. O, fabrikin təkcə bir sferada fəaliyyət göstərmək fikrində olmadığını qeyd edərək deyib: “Nəinki məktəbli geyimləri, eyni zamanda, digər yaş kateqoriyalarına aid insanlar üçün də istehlak malları istehsal etməyi planlaşdırırıq. Bir sözlə, bizim müəssisə dövlət standartlarına uyğun müxtəlif çeşidlərdə istehlak mallarının istehsalı ilə məşğuldur. İşimizdə keyfiyyətə üstünlük veririk. Bu isə yerli bazarda tələbatı artırır. Ölkənin ən böyük geyim bazarlarında bizim məhsullara “Made in Azerbaijan” brendi altında rast gələ bilərsiniz”.
Onun sözlərinə görə, müəssisənin məhsullarının xarici bazarlara çıxarılması istiqamətində planlı şəkildə işlər həyata keçirilir: “İndi əsas məqsəd, dövlətimizin başçısının tapşırığına uyğun olaraq, qeyri-neft sektorunun inkişafında daha aktiv çalışmaqdır. Hazırda yerli bazarda özünəməxsus yeri olan “Bakı Tekstil Fabriki”nin adını yaxın zamanlarda İran və Rusiyadan da eşidə biləcəksiniz. Biz çalışırıq ki, bütün istehsal etdiyimiz məhsullar beynəlxalq standartlara cavab versin. Bu, xarici bazarlara çıxış imkanımızı artırır. “Made in Azerbaijan” brendi bütün dünyada səs salacaq, “Bakı Tekstik Fabriki” də öz məhsullarını xarici bazarlara çıxaracaq. Biz Azərbaycan iqtisadiyyatının sürətli inkişafı üçün səmərəli çalışmaq iqtidarındayıq. Mən xüsusi olaraq “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasını qeyd etmək istəyirəm. Bu konsepsiyanın əsas məqsədi respublika iqtisadiyyatındakı pozitiv meyilləri daha da sürətləndirmək və mövcud potensialı davamlı inkişaf naminə səfərbər etməkdir. Dövlətimizin yaratdığı imkanlar qarşılığında biz də səylə çalışmalıyıq”.
S.Babayeva ölkə rəhbərliyi tərəfindən Azərbaycanda qadın sahibkarlığının inkişafının daim dəstəkləndiyini bildirib. O, Azərbaycan hökumətinin ölkədə məşğulluğun və sosial aktivliyin artırılması, habelə əmək qabiliyyətli insanların potensialından maksimum dərəcədə istifadə edilməsi məqsədilə qadınların sahibkarlıq fəaliyyətinə cəlb olunması istiqamətində stimullaşdırıcı tədbirlərinin əhəmiyyətini vurğulayıb.
Qeyd edək ki, 1939-cu ildə yaradılmış “Bakı Tekstil Fabriki” ulu öndər Hеydər Əliyеvin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə yüksək inkişаf mərhələsinə qədəm qoyub. Müəssisənin işinə dаim dövlət tərəfindən qаyğı göstərilib və bu prоsеs indi də dаvаm еtməkdədir.




 
Bölməyə aid digər xəbərlər
16.06.2019
Qeyri-neft sektorunda məhsul istehsalı 15 faiz artıb
15.06.2019
Bakı-Şarm əl Şeyx-Bakı reysi açılıb
15.06.2019
Bu torpaqlarda tikintiyə rəyin verilməsi üçün xidmət haqqı ödəniləcək
15.06.2019
Avrozonada vahid büdcə tətbiq olunacaq
14.06.2019
Bakıda “Dövlət-Biznes Dialoqu” mövzusunda “dəyirmi masa” keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10805

1 Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub
2 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
3 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Çilidə güclü zəlzələ olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info