“Dağlıq Qarabağda narkoplantasiyaların mövcudluğu sübut olundu”
Tarix: 20.06.2013 | Saat: 22:17:00 | E-mail | Çapa göndər


Mübariz Əhmədoğlu: “Özlərini Avropaya sivil millət kimi
təqdim edən ermənilər Dağlıq Qarabağda-Avropa coğrafiyasında
narkotik plantasiyaları yaratmaqla məşğul imişlər”


“Milli Təhlükəsizlik Nazirliyi ermənilərin ən gizli işlərindən birinin üstünü açdı”. “Trend”in məlumatına görə, bu barədə Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu mətbuat konfransında deyib. Onun sözlərinə görə, MTN-in keçirdiyi əməliyyat Dağlıq Qarabağda narkoplantasiyanın mövcudluğunu sübut edir. Bu əməliyyat bir neçə aspektdən diqqətçəkəndir.
Bu əməliyyat Dağlıq Qarabağda narkoplantasiyaların mövcudluğu, Dağlıq Qarabağ ərazisindən narkotiklərin saxlanc yeri kimi istifadə edilməsi ilə bağlı hədsiz çoxsaylı fikirləri sübut etdi. MTN Avropa coğrafiyasında narkoplantasiyaya qarşı mübarizə aparmaq iradəsini ortalığa qoydu: "Ən iri narkoplantasiyalar Meksika, Kolumbiya, Əfqanıstanda olduğu hesab edildiyi halda, bəlli oldu ki, özlərini Avropaya sivil millət kimi təqdim edən ermənilər Dağlıq Qarabağda-Avropa coğrafiyasında narkotik plantasiyaları yaratmaqla məşğul imişlər. MTN-in əməliyyatı iranlılar və ermənilərin inam yaratmaq sahəsində cinayətkar işbirliyinə daxil olduqlarını sübut etdi. Politoloq deyib ki, MTN-in keçirdiyi əməliyyat ABŞ dövlət katibi C.Kerrinin Ermənistanın xarici işlər naziri E.Nalbandyanla görüşü zamanı İranı Dağlıq Qarabağ tənzimlənməsində konstruktiv rola dəvət etməsi ilə eyni vaxtda düşdü. Bunun bir təsadüf də ola biləcəyini deyən M.Əhmədoğlu qeyd edib ki, MTN fəaliyyət sferasına, qapalı orqan olmasına görə bu uzlaşmanın təsadüfi və ya məqsədli addım olduğunu dəqiqləşdirmək mümkün deyil: "Ehtimal ki, dünyanın ən iri dövlətinin xarici siyasət idarəsinin başçısının öz dövlətinin kəşfiyyat orqanlarının əldə etdiyi məlumatlar əsasında İranın Dağlıq Qarabağda oynadığı roldan xəbəri var imiş. Ona görə də MTN-in çox mühüm dövrdə çox mühüm missiya ilə məşğul olduğunu deməyə əsaslar yaranır. Hər halda MTN kifayət qədər peşəkar olmaqla yanaşı, təcrübəli strukturdur. Azərbaycan MTN-i uşaq oğurluğu, insan alveri, kibercinayətlər, qanunsuz silah dövriyyəsi və narkoticarətlə bağlı beş dövlətin ərazisində əməliyyat keçirib. MTN-in əməliyyat təcrübəsinin səthi tədqiqi göstərir ki, MTN Dağlıq Qarabağdakı plantasiyaların aşkarlanıb məhv olunması istiqamətində addımlarını davam etdirəcək. Ona görə də MTN hərbi birləşmələrinin təkbaşına və ya digər hərbi birləşmələrlə işğal olunmuş ərazilərimizdə genişmiqyaslı hərbi əməliyyatlar aparmasının şahidi ola bilərik". Politoloq qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsində ABŞ-ın mövqeyinin obyektivləşməsində müəyyən qədər rolu olan səfir R.Morninqstarın bu əməliyyata laqeyd münasibət göstərməsi başa düşülən deyil. Onun sözlərinə görə, ABŞ Əfqanıstandan yüklərinin daşınmasında Azərbaycan ərazisinə böyük ümidlər bəsləyir. ABŞ-ın Əfqanıstandan yüklərinin daşınması təkcə iqtisadi rəqabət deyil, həm də geosiyasi və təhlükəsizlik məsələləridir. ABŞ Əfqanıstandan yüklərinin daşınmasının artırılması ilə bağlı qərar qəbul edərkən Azərbaycanın təkcə siyasi deyil, həm də müxtəlif strukturları ilə, o cümlədən MTN rəhbərliyi ilə də danışıqlar aparıb. ABŞ-ın bu istiqamətdə müsbət qərar qəbul etməsi həm də MTN-in fəaliyyətindən razılıq göstəricisidir: "Səfir Morninqstar kökü Dağlıq Qarabağa bağlanan narkotranzitin aşkarlanmasına şübhə yaratmaqla bu strukturun ümumi fəaliyyətinə şübhə yaradır. Bu isə yolverilməzdir. ABŞ şübhə edirsə, öz ekspertlərini, hərbçilərini işğal olunmuş ərazilərimizdə MTN-in keçirdiyi əməliyyatlara qoşa bilər".
Cavidan




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Naxçıvanda “Avropa günləri” keçiriləcək
20.09.2018
600-dən çox adam sahilyanı ərazini 5 ton tullantıdan təmizlədi
20.09.2018
Azərbaycanda dünyanın ilk kurqan arxeoparkı yaradılacaq
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır
19.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info