Türkiyəli qonaqlar Masallıda
Tarix: 06.08.2018 | Saat: 17:28:00 | E-mail | Çapa göndər


Türkiyə Respublikasının Aydın vilayətinin Nazili rayon bələdiyyəsinin nümayəndə heyəti Masallıda səfərdə olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Masallı Rayon İcra Hakimiyyətində türkiyəli qonaqlarla keçirilən görüşdə Milli Məclisin deputatları Qənirə Paşayeva və Sona Əliyeva, “Regional hüquqi və iqtisadi maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırova iştirak ediblər.
Rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov Masallının tarixi, coğrafi mövqeyi, sosial-iqtisadi inkişafı, mədəniyyəti, əhalinin məşğulluğu barədə qonaqlara məlumat verib.
Görüşdə çıxış edən Nazilli bələdiyyəsinin sədri Haluk Alıcık, Milli Məclisin deputatları Qənirə Paşayeva və Sona Əliyeva Türkiyə-Azərbaycan dostluğundan danışıblar.
Türkiyəli qonaqlar Masallının tarix və mədəniyyət abidələri ilə tanış olub, rayonun mənzərəli yerlərinə baş çəkiblər.
Şəhərin Heydər Əliyev Parkı, Heydər Əliyev Mərkəzi, Tarix-Diyarşünaslıq Muzeyi, Uşaq-İncəsənət Məktəbi ilə tanışlıq da qonaqlarda xoş təəssürat yaradıb.
Tədbir şəhərin Heydər Əliyev Parkında “Nazilidən Masallıya könül körpüsü” adlı konsert proqramı ilə davam edib.
Konsertdə respublikanın tanınmış incəsənət ustaları ilə bərabər, qardaş ölkədən gəlmiş folkor qrupu, Masallının “Halay” folklor qrupu, rayon Uşaq-İncəsənət Məktəbinin rəqs qrupu, Rayon Mədəniyyət Mərkəzinin bədii özfəaliyyət kollektivləri maraqlı proqramla çıxış ediblər.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
16.07.2019
Azərbaycan Xalça Muzeyinə “Milli” statusu verilib
15.07.2019
Şamaxıda vikipediyaçıların üçüncü Vikidüşərgəsi baş tutdu
15.07.2019
İyulun 17-də Ay tutulması baş verəcək
14.07.2019
Sabahın hava proqnozu açıqlanıb
14.07.2019
Naftalanda 200 yerlik körpələr evi-uşaq bağçası üçün yeni bina tikilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10827

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
3 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
4 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır
5 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info