“Rusiya Azərbaycana silah satmaqla Ermənistanı vecinə almadığını göstərdi”
Tarix: 20.06.2013 | Saat: 22:19:00 | E-mail | Çapa göndər


Rusiya ilə Azərbaycan arasında siyasi-iqtisadi müstəvidə münasibətlər strateji tərəfdaşlıq çərçivəsində inkişaf etdirilir.
Bəzi mətbuat orqanlarının və maraqlı dairələrin dezinformasiyalarının əksinə olaraq iki dövlət arasında münasibətlərdə problem yoxdur. Rusiya Federasiyasının ayrı-ayrı subyektləri ilə iqtisadi sahədə imzalanan müqavilələr, birgə həyata keçirilən layihələr də münasibətlərin inkişaf səviyyəsindən xəbər verir. İki müstəqil dövlət qarşılıqlı şəkildə maraqlara hörmət etməklə münasibətlərini inkişaf etdirirlər. Şübhəsiz ki, Azərbaycanla Rusiya arasında münasibətlərin inkişafı, iqtisadi əlaqələrin genişlənməsi ən çox işğalçı Ermənistanı narahat edir.
Məsələ ondadır ki, Ermənistan formal şəkildə müstəqil olduğu üçün Rusiyanın vassalı, «forpostu» olduğunu yaxşı anlayır. Ona görə də İrəvanla Moskvanın münasibətləri qarşılıqlı şəkildə maraqların təmin olunması prinsipinə əsaslanmır. İrəvan-Moskva münasibətlərində hər şey Kremlin maraqlarına hesablanır və burada İrəvanın söz deməyə, müstəqil qərar qəbul etməyə ixtiyarı yoxdur. Belə olan halda işğalçı Ermənistan siyasi-iqtisadi cəhətdən güclü, müstəqil siyasət həyata keçirən Azərbaycanın Rusiya ilə bərabərhüquqlu münasibətlərinə ən azı həsəd aparır. Bir-neçə gündən sonra Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd ediləcək. Həmin gün ölkəmiz hərbi potensialını, qüdrətini daha bir möhtəşəm hərbi paradla nümayiş etdirəcək. Paradda ordumuzun arsenalına yeni daxil olan müasir hərbi texnika, o cümlədən Rusiyanın Azərbaycana satdığı helikopter və artilleriya qurğuları nümayiş olunacaq. Bundan ən çox qəzəblənən, təbii ki, ermənilərdir. Onlar “forpost”u olduqları Rusiyanın Azərbaycanla münasibətlərinin səviyyəsindən, silah satışından xeyli qəzəbləniblər. Bu məsələ ilə bağlı «Lragir» yazır ki, Rusiyanı Azərbaycana silah satışına məcbur edən səbəblərin nə olduğu bəlli deyil. Bu, pul da ola bilər, siyasət də: «Ola bilsin ki, bu, biznesdir, amma strateji müttəfiqinin düşməninə 3 milyard dollarlıq silah satırsansa, bu, artıq siyasi mahiyyət kəsb edir. Təkcə elə bu fakt yetərlidir ki, Rusiyanın strateji müttəfiqini vecinə almadığına əmin olaq. Nəzərə almaq lazımdır ki, ruslar Azərbaycana müasir hücum texnikası və silahları satıb. Bir vaxtlar Azərbaycana silah satışına görə birincilik Ukraynaya məxsus idi. Amma Putinin gəlişindən sonra Rusiya Azərbaycana silah satışında «liderliyini bərpa edib». İlyarım əvvəl Amerika mətbuatı Azərbaycanla İsrail arasında 1,6 milyardlıq silah sövdələşməsi ilə bağlı məlumat yaydı. Həmin vaxt İsrail silah satışında Rusiyanı üstələmişdi. Amma indi Rusiya yenidən birinciliyi ələ alıb. Məlum olub ki, ruslar Azərbaycana S-300 raket kompleksi, hərbi vertolyotlar satıb. Daha sonra elan olundu ki, iki dövlət arasındakı silah sövdələşməsi 3 milyard dollar təşkil edir. Başqa sözlə, Rusiya üçün strateji müttəfiq olan Ermənistanın maraqlarının qiyməti 3 milyard dollardır. Bu məbləğ arta da bilər. Rusiya Azərbaycandan yeni silah sifarişləri ala bilər. Bütün bunların nə ilə başa çatacağı bəlli deyil. Çünki regiondakı hadisələr təkcə Rusiyadan asılı deyil. Başqa cür olsaydı, Ermənistana və Qarabağa hücumlar çoxdan olub bitmişdi və Rusiya Azərbaycana silah yox, erməni torpaqlarını satırdı. Amma indi bir qədər fərqli situasiya var. İstisna deyil ki, Qərbin başı Suriya məsələsinə qarışdığından Rusiyanın loyallığını əldə etmək üçün Cənubi Qafqazı güzəştə gedib. 2008-ci ildə Gürcüstan məsələsində bu hal bir dəfə yaşanıb. İndi hər şey Ermənistanın özündən asılıdır. Əgər Ermənistan öz xarici siyasətində kommersiya maraqlarını əsas götürsə, onda Qərb Ermənistanla deyil, Rusiya ilə sövdələşəcək. Amma Ermənistan rəhbərliyi daxili və xarici siyasətini kommersiya çərçivəsindən kənara çıxarmağa cəhd belə, etmir. Ermənistan üçün əsas təhlükə Azərbaycanın aldığı silah yox, budur”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Müdafiə Nazirliyi: Düşmənin istənilən uçuş vasitəsi tərəfimizdən dərhal neytrallaşdırılacaq
25.09.2018
“Fransızdilli” Ermənistanın Frankofoniya sərgüzəştləri
25.09.2018
Azərbaycan-Ermənistan dövlət sərhədində növbəti monitorinq keçiriləcək
25.09.2018
Prezident İlham Əliyev Avropa İnvestisiya Bankının vitse-prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
25.09.2018
Bakıda Səudiyyə Ərəbistanının milli bayramı qeyd edilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10141

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info