“Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi Bilik Fondunun qonağı olub
Tarix: 06.08.2018 | Saat: 19:02:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi və “Psixoloji Xidmət və Tədqiqatlar” İctimai Birliyinin rəhbəri, psixologiya üzrə fəlsəfə doktoru Təranə Məmmədova və həmkarları - şöbə müdirləri Leyla Kərimova və Günel Axundova Fondun icraçı direktoru Oktay Səmədovla görüşüb, əhalinin, xüsusilə də gənclərin psixoloji maarifləndirilməsi sahəsində Mərkəzlə Fondun əməkdaşlıq məsələlərini müzakirə ediblər. 
     Görüşdə O.Səmədov bildirib ki, rəhbərlik etdiyi qurumun əsas məqsədi əhalinin elmi-texniki, siyasi-ictimai, sosial-iqtisadi, ekoloji, humanitar biliklərinin artırılması, azərbaycançılıq məfkurəsinin və milli-mənəvi, dini dəyərlərin təbliği, ölkənin daxili və xarici siyasətinin mahiyyətinin ictimaiyyətə çatdırılması, gənclərin elmi biliklərinin artırılması, Azərbaycan elminin dünyada, dünya elminin ölkəmizdə tanıdılmasına xidmət göstərməkdir. İcraçı direktor Bilik Fondunun “Tibbi maarifləndirmə” proqramı çərçivəsində sağlam həyat tərzinin təbliği istiqamətində gördüyü işlər barədə də ətraflı məlumat verib. 
“Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin direktoru Təranə Məmmədova Mərkəzin fəaliyyətindən, psixoloji sağlamlıq sahəsində həyata keçirdiyi tədbirlərdən söhbət açıb. O, vurğulayıb ki, hazırda Mərkəzin bölgələrdə 10 filialı mövcuddur. Mərkəzin əsas məqsədi əhalinin həssas qruplarına psixoloji yardım göstərmək, stress, gərginlik, təşviş hallarını aradan qaldırmaq, onlarda özünə və həyata inamı bərpa edərək, sabit fəaliyyət potensialını inkişaf etdirmək, sağlamlıqlarını qorumaq, psixoloji maarifləndirmə və ölkə üçün pozitiv enerjili yararlı vətəndaş formalaşmasına dəstək verməkdir.
Görüş zamanı Fondun bölgələrdə fəaliyyət göstərən Bilik Evləri ilə Mərkəzin paytaxt və bölgə filiallarının əlaqəli fəaliyyətinin təşkili, birgə layihələrin hazırlanması və icrası, müasir cəmiyyəti düşündürən psixoloji problemlərlə bağlı müzakirələrin və araşdırmaların aparılması, yeniyetmə və gənclərin iştirakı ilə müştərək maarifləndirici tədbirlərin, təcrübəli və tanınmış psixoloqlarla görüşlərin keçirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
“Bakcell” və “Hesab.az” avtomatik ödəniş funksiyasını təqdim edib
18.01.2019
“ASAN xidmət” müvafiq dövlət xidmətlərinin alternativsiz formada həyata keçirildiyi vahid məkana çevrilir
18.01.2019
20 yanvar günü bu küçələrdə hərəkət tam məhdudlaşdırılacaq
18.01.2019
Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi
18.01.2019
İsveçrədə 20 Yanvar faciəsinə həsr olunmuş poçt markası buraxılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info