Lənkəranda xalça emalatxanasının tikinti işləri sürətləndirilir
Tarix: 06.08.2018 | Saat: 19:24:00 | E-mail | Çapa göndər


“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) bu il istifadəyə veriləcək filiallarından biri də Lənkəranda yaradılır. Cəmiyyətin Lənkəran filialı üçün inşa olunan binada tikinti işləri sürətlə davam etdirilir.
“Azərxalça” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “EL-SEYM İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən inşası aparılan birmərtəbəli xalça emalatxanasının binasının tikintisinə bu ilin iyun ayında başlanılıb. Binada dəmir-beton işləri yekunlaşdırılıb. Hazırda daxili divarlar hörülür, dam örtüyü vurulur, kommunikasiya xətləri çəkilir, həyətdə su hovuzu tikilir, abadlıq işləri aparılır.
Burada 150 nəfər toxucunun, 12 nəfər inzibati-təsərrüfat işçisinin fəaliyyəti üçün lazımi şərait yaradılacaq. Bina toxuculuq emalatxanası, anbar, yeməkxana, tibb otağı, xalça-satış salonu və sair bölmələrdən ibarət olacaq. Emalatxanada müxtəlif ölçülü 43 dəzgahda qədim çeşnilərimiz əsasında Azərbaycan xalçaları toxunacaq.
“Azərxalça”nın Lənkəran filialının fəaliyyətinin təmin olunması məqsədilə Lənkəran şəhərində tədris-hazırlıq kursu təşkil edilib. Xalça emalatxanası binasının tikintisinin və tədris-hazırlıq kursunun bu ayın sonuna qədər başa çatdırılması nəzərdə tutulub.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 17 mart tarixli Sərəncamı ilə Lənkəranda xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması üçün 2 milyon manat vəsait ayrılıb.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
17.09.2019
Suraxanıda sahibkarlara güzəştli kredit verilib
17.09.2019
Gürcü nazir: “Azərbaycan regionda və dünyada nüfuzlu dövlətdir”
17.09.2019
Qeyri-neft daşımaları üzrə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə yükdaşımaların həcmi 23 faiz artıb
17.09.2019
Gənclər Fondu 425 tələbənin təhsil haqqını ödəyəcək
17.09.2019
Bu ilin sonunda Bakıda Həştərxan Biznes Mərkəzi açılacaq

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Daxili İşlər nazirindən yeni təyinat
3 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
4 Masallı rayonunun Çaxırlı ərazisinin Kəlbəhüseynli kəndində səyyar görüş
5 5 mindən artıq müəllimin maaşı 1000 manatı ötüb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info