CASCFEN İdarə Heyətinin yeni tərkibdə ilk iclası keçirilib
Tarix: 06.08.2018 | Saat: 20:06:00 | E-mail | Çapa göndər


Əməkdar jurnalist Azər Həsrət bu qurumun fəxri sədri seçilib
"Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi" İctimai Birliyi (CASCFEN) İdarə Heyətinin yeni tərkibdə ilk iclası keçirilib. İclası açan CASCFEN sədri, Əməkdar jurnalist Nadir Azəri öncə İdarə Heyətinin yeni üzvlərini bu vəzifəyə seçilmələri münasibəti ilə təbrik edib, gündəliyə CASCFEN İdarə Heyəti üzvləri arasında vəzifə bölgüsü, İctimai Birliyə yeni üzvlərin qəbulu və cari məsələlərin daxil olduğunu bildirib. Gündəlik təsdiqləndikdən sonra birinci məsələ üzrə çıxışlar olub və səsləndirilən təkliflərə əsasən təşkilati məsələlər, gender məsələləri, gənc jurnalistlərlə iş, Azərbaycanda KİV sahəsində fəaliyyət göstərən qurumlarla iş, Orta Asiya ölkələrində fəaliyyət göstərən jurnalist təşkilatları ilə əlaqələr, Türkiyə və Quzey Kıprısda fəaliyyət göstərən jurnalist təşkilatları ilə əlaqələr, həmçinin Gürcüstanda fəaliyyət göstərən jurnalist təşkilatları ilə əlaqələrə məsul şəxslər müəyyənləşdirilib. Sonra "Xaçmaz" qəzetinin əməkdaşı Lamiyə Səfərova və Ağdaşdan gənc fəal Vasif Dosməmmədovun üzvlüklə bağlı ərizələrinə baxılıb və onlar CASCFEN üzvlüyünə qəbul ediliblər.
Cari məsələlərin müzakirəsi zamanı İdarə Heyətinin üzvü Əkbər Qoşalının qurumun yaradıcılarından biri və ilk rəhbəri Azər Həsrətin CASCFEN-in fəxri sədri seçilməsi, dos.dr. Vüqar Zifəroğlunun CASCFEN-in illik fəaliyyət planının hazırlanması və bu İctimai Birliyin ildə bir dəfə veriləcək ödülünün təsis edilməsi barədə təklifləri müsbət qarşılanıb və uyğun qərarlar qəbul edilib. İclasdan sonra İdarə Heyətinin üzvləri ilə görüşən Əməkdar jurnalist Azər Həsrət yeni rəhbərliyə, İdarə Heyəti üzvlərinə uğurlar arzulayıb, onun Fəxri başqan seçilməsinə görə öz minnətdarlığını çatdırıb. CASCFEN sədri Nadir Azəri Azər Həsrətə fəxri sədri seçilməsi və 50 illik yubileyi ilə bağlı özəl plaket və xatirə hədiyyəsi təqdim edib.
Anar




 
Bölməyə aid digər xəbərlər
10.12.2018
“Coca-Cola” Fondu dünya üzrə sosial layihələrə 1 mlrd. dollar yatırıb
10.12.2018
“İrəli”nin “Azərbaycanın İntellektual Birİncisi” layihəsininin icrası başa çatıb
10.12.2018
Leyla Əliyeva aqrar və yaşıl texnologiyalar üzrə beynəlxalq forumda iştirak edir
10.12.2018
“Xeyirxah” işarə dilində ilk forumun keçirilməsinə hazırlaşır
10.12.2018
Vergi Məcəlləsinə son dəyişikliklərkimlərin xeyrinə olacaq?

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10522

1 Türk Universiteti üçün Naxçıvanın seçilməsi əhəmiyyətli ola bilər
2 Emil Rasimoğludan yeni şeir
3 “Sondakika.com”: “Türkiyənin ən böyük xarici investoru olan SOCAR yeni layihə həyata keçirir”
4 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
5 Bakıda müəllimlərin beynəlxalq seminarı keçirilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info