Müxalifət düşərgəsində Rüstəm İbrahimbəyovun namizəd olmasına münasibət pisdir
Tarix: 20.06.2013 | Saat: 22:24:00 | E-mail | Çapa göndər


Sərdar Cəlaloğlu: “Partiya başçıları ilə üzvlərin
mövqeyinin üst-üstə düşməməsi müxalifətdə ən kəskin problemdir”

Arif Hacılı: “İsa Qəmbər namizəd olmasa, başqa bir Müsavat nümayəndəsi namizəd olacaq”

Xəbər verildiyi kimi, radikal müxalifətin təmsil olunduğu “milli şura”nı təşkil etməyə çalışan tərəflər arasında əsas mübahisə predmetlərindən biri qurumun “vahid namizəd”inin müəyyənləşdirilməsi idi. Müsavat sədri İsa Qəmbər bu məsələdə qarşı tərəfə - Rüstəm İbrahimbəyovun namizədliyi üzərində dayanan tərəfə güzəştə getmək fikrində olmadığını qızğın bir şəkildə sərgiləyirdi. Müsavat başqanı əsaslandırmağa çalışırdı ki, vahid namizəd yalnız dəfələrlə seçkidə iştirak təcrübəsi olan və seçki vaxtı ölkədə olan, ölkəyə gəlməkdən qorxmayan bir adam olmalıdır. Dolayısı ilə o, ölkəyə gəlməyə qorxduğu barədə BBC-nin Rusiya bölməsinə müsahibə verən, həmçinin heç vaxt seçkidə namizəd olmayan Rüstəm İbrahimbəyovun namizədliyinin qəbul edilməyəcəyini bildirirdi.
Bu baxımdan “milli şura” faktiki olaraq iki yerə bölünmüşdü. Amma dünən isə birdən-birə İsa Qəmbər açıqlama verib ki, Rüstəm İbrahimbəyovun namizədliyini dəstəkləyir. Bununla isə o həm öz partiyadaşlarının mövqeyinə, həm də indiyə qədər namizədliklə bağlı elan etdiyi və özünün də prinsipial saydığı kriteriyalara zidd gedib. Beləliklə, İsa Qəmbərin Rüstəm İbrahimbəyova “beyət”i ilə bağlı müxalifət düşərgəsində anlaşılmaz və ziddiyyətli bir situasiya yaranıb. Müsavat başqanının bu gedişi müxalifətin aşağılarında da birmənalı qarşılanmır.
Bu məsələ ilə bağlı ADP sədri Sərdar Cəlaloğlu “Palitra”ya açıqlamasında bildirdi ki, İsa Qəmbərin Rüstəm İbrahimbəyovun namizədliyini dəstəkləməsi Müsavat başqanının müəyyən şərtlər qoyması ilə mümkün olsa da, burada başqa bir məqam var: “Belə ki, Müsavatda, müxalifət düşərgəsində Rüstəm İbrahimbəyovun namizəd olmasına münasibət birmənalı deyil. Rüstəm İbrahimbəyovun siyasətçi olmaması, həmçinin Rusiyadakı müəyyən dairələrin adamı olması ilə bağlı kifayət qədər fikirlər dolaşır və şübhələr var. O cümlədən bizdə də bu barədə kifayət qədər şübhələr vardı və indi də var. Biz məhz buna görə də “milli şura”nın mövqeyini qəbul etmirik və “milli şura”da təmsil olunmuruq. Eyni zamanda bir məsələ də var ki, bu da bu məsələdə partiya başçıları ilə digər üzvlərin mövqeyinin üst-üstə düşməməsidir. Bu, müxalifətdə ən kəskin problemdir. Belə hallarda başçıların verdiyi qərarla üzvlərin, müxalifətin sıravi təmsilçilərinin mövqeyi ziddiyyət təşkil edir”.

Müsavat parçalanma astanasında: Arif Hacılı “milli şura”ya
meydan oxudu


Qeyd etdiyimiz kimi, İsa Qəmbərin Rüstəm İbrahimbəyovun namizədliyi qarşısında təslimçilik nümayiş etdirməsi Müsavatda fikir ayrılığı və parçalanma vəziyyəti yaradıb. Bu durum Müsavat Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının narazılıq bildirən açıqlamasında aydın əks olunub. Arif Hacılı mətbuata açıqlamasında iddia edib ki, İsa Qəmbər Müsavat Partiyasının prezidentliyə namizədinin Rüstəm İbrahimbəyov olduğunu deməyib: “İsa Qəmbər bildirib ki, 2 illik keçid dövrü üçün vahid namizəd kimi irəli sürülməsi konsepsiyası var və Müsavat Partiyasının da bu meyarlara cavab verən prioritet namizədi Rüstəm İbrahimbəyov ola bilər. Yəni bu, nəzəri bir fikirdir. Müsavat Partiyası İsa Qəmbərin namizədliyini irəli sürüb. Əgər İsa Qəmbər prezidentliyə öz namizədliyini 2013-cü il seçkilərində irəli sürməyəcəksə, Müsavat Partiyası bu məsələni müzakirə edərək başqa bir namizəd irəli sürəcək. Bu namizəd Müsavat Partiyasının üzvlərindən biri də ola bilər, Müsavatın üzvü olmayan şəxs də ola bilər. Ancaq bunu Müsavat Partiyası özü müəyyən edəcək”.
Buradan açıq görünür ki, ya İsa Qəmbər partiyada Rüstəmin namizədliyini dəstəkləməkdən imtinaya çağırılır, ya da əks təqdirdə Müsavatın parçalanaraq başqa bir namizədlə seçkiyə gedəcəyi gözlənilir. A.Hacılı indiyə qədər “milli şura”da təmsilçiliyə və orada Rüstəm İbrahimbəyovun, Eldar Namazovun söz sahibi olmasına qarşı dayanan, bununla barışmayan mövqedən çıxış edib. Buradan da görünür ki, o, partiya sədrindən fərqli olaraq Müsavatın Rüstəm İbrahimbəyov-Eldar Namazov cütlüyünün boyunduruğuna düşməməsi üçün daha prinsipial mövqe nümayiş etdirir. Müsavat daxilində münasibətlərin bu cür inkişaf etməsi isə partiyada parçalanmanı ən real həddə çatdırıb...
İlkin AĞAYEV





 
Bölməyə aid digər xəbərlər
20.04.2019
ABŞ səfiri Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti mümkün görüşünü alqışlayır
19.04.2019
PA rəsmisi: “Erməni saxtakarlığı nasizmin bir qoludur, Ermənistanda nasizm qalib gəlib”
19.04.2019
Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi ABŞ-Azərbaycan Ticarət Palatasının üzvləri ilə görüşüb
19.04.2019
AXCP böhtanlara görə ReAl-dan niyə üzr istəmədi?
19.04.2019
Deputat: “Bu fərman məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanacağına böyük ümid yaradır”

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info