Babək rayonu sosial-iqtisadi inkişafın yeni mərhələsində
Tarix: 07.08.2018 | Saat: 00:23:00 | E-mail | Çapa göndər


İnkişaf və tərəqqinin dəyişməz ünvanlarına çevrilən Naxçıvan Muxtar Respublikası ölkənin səmərəli regional iqtisadi siyasətinə öz töhfələrini verməkdə davam etməkdədir. Regionların sosial-iqtisadi inkişafına, onların əhəmiyyətli istehsal gücünə, təminat qabiliyyətli iqtisadiyyata və digər amillərin vəhdətindən ibarət təkanverici qüvvəyə malik olan muxtar respublika öz rayonlarının da davamlı inkişafını təmin etməkdədir. Təbii ki, burada da təşkil edilməsinin 40-cı ilində möhtəşəm inkişaf göstəricilərinə davam edən Babək rayonu müstəsna əhəmiyyət daşıyır. Babək rayonu ötən dövrlərdə formalaşdırdığı iqtisadi baza əsasında makroiqtisadi göstəricilərin artım dinamikasını təmin edə bilmiş və bu, ümumilikdə milli iqtisadiyyat üçün zəruri amilə çevrilmişdir.
Hazırda da Naxçıvan Muxtar Respublikasında davam edən iqtisadi islahatlara və sosiallaşma meyillərinə uyğun olaraq, Babək rayonu istehsal münasibətlərinin çoxistiqamətli inkişaf mexanizmlərini yaratmışdır. Nəticədə isə iqtisadiyyatın sahə strukturu üzrə strateji mahiyyət kəsb edən istiqamətlərdə ardıcıl göstəriclər qeydə alınmışdır. Bu isə rayonda iqtisadi proseslərin stimullaşmasını və hərəkətvericiliyini daha da sürətləndirmişdir. Qeyd olunanlar 2018-ci ilin yanvar-iyun aylarında rayonun sosial-iqtisadi inkişafında özünü yüksələn xətt üzrə göstərmişdir. Belə ki, Babək rayonunda iqtisadi və sosial sahələrin inkişafı üzrə həyata keçirilən tədbirlər cari ilin ilk yarısında da davam etdirilmiş, dinamik inkişaf qorunub saxlanılmışdır. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin yanvar-iyun aylarında sənaye məhsulu 1,4 faiz, əsas kapitala yönəldilən vəsaitlər 1,8 faiz, kənd təsərrüfatı məhsulu 2,8 faiz, informasiya və rabitə xidmətləri 2,5 faiz artmışdır. Bunu aşağıdakı şəklin məlumatları da göstərməkdədir.


Babək rayonu üzrə 2017-2018-ci illərin birinci yarısında bəzi makroiqtisadi göstəricilərin artım vəziyyəti (faiz)


Rayonda iqtisadi proseslərin tənzimlənməsində, onların perspektivliyinin artırılmasında və uzaq gələcək üçün nəzərdə tutulmasında həyata keçirilən tədbirlərin çox mühüm əhəmiyyəti vardır. Ötən dövrlərin təcrübəsi göstərir ki, rayon əldə edilən nailiyyətlər üçün zəruri infrastruktur potenisialını dolğun şəkildə formalaşdıra bilmiş və bu, qarşıdakı dövrlər üzrə səmərəlilik meyarlarına çevrilmişdir. İstehsal amilinin daim aktual olaraq saxlanılması, onun fasiləsizliyinin təmin edilməsinə təkan vermiş və artan təlabatlar qarşısındakı dayanıqlığını artırmışdır. Əhalinin sosial müdafiəsinin gücləndirilməsindən irəli gələn məqsədlər, bu sahədəki təşəbbüslərin dəstəklənməsi, kreativ ideyalar əsasında iqtisadi perspektivlərin artırılması rayonun istehsal infrastrukturunun daha da gücləndirilməsini təmin etmişdir. Buna görə də 2018-ci ilin birinci yarısında burada strateji əhəmiyyəti yüksək olan layihələr gerçəkləşdirilmişdir ki, bu da artan təlabatların qarşılanmasına istiqamətlənməklə yanaşı, həm də əmək ehtiyatlarının səmərəli fəaliyyətinin ifadəsinə çevrilmişdir. Fikrimizi bəhs edilən dövr ərzində rayonda dövlət dəstəyi ilə iqtisadi fəaliyyətin müxtəlif sahələrində 6 layihə üzrə istehsal və xidmət obyektləri başa çatdırılması və 5 layihə üzrə istehsal və xidmət obyektlərinin yaradılması proseslərinin hazırda da davam etdirilməsi də təsdiqləyir.
Yaradılan potensial etibarlı və müqavimətli iqtisadiyyat üçün güclü zəmin formalaşdırmaqdadır. Məhsuldar fəaliyyət mühitinin təşəkkülü özünü Babək rayonunun bütün kəndlərində göstərməkdə, bu isə möhtəşəm abadlaşdırma göstəricilərinə çevrilməkdədir. İqtisadi vasitələrdən səmərəli istifadə olunması rayonun muxtar respublika və ölkə iqtisadiyyatının müəyyən etdiyi hədəflərə çatmasına hərəkətverici təsir etməkdədir. Düzgün müəyyənləşdirilən siyasət yaxın və uzaq gələcək üçün güclü perpsktivlər açmaqdadır. Şübhəsiz ki, bu amillər vəsait qoyuluşları sahəsindəki məqsədyönlülükdən əhəmiyyətli dərəcədə asılıdır. Çünki, makroiqtisadi proseslərin sağlam milli iqtisadiyyata verdiyi təkan özünü istehsal və sosial sahələrdəki infrastrukturun inkişafında daha çox göstərir. Məhz bu mənada genişmiqyaslı quruculuq işlərinin davam etdirilməsi, hər bir kənddə, hər bir ərazidə etibarlı infrastrukturun təminatı rayonun müasir inkişafına yeni dəyər qatmaqdadır. Qeyd edək ki, bu məqsədlər çərçivəsində 2018-ci ilin ilk yarısında bütün maliyyə mənbələrindən əsas kapitala 34 milyon 501 min 200 manat həcmində vəsait yönəldilmişdir ki, bunun da milli iqtisadiyyatın perspektivləri üçün mühüm əhəmiyyəti vardır.
Bu göstərici Babək rayonunu təşkil edilməsinin 40-cı ilində daha müasir, daha yaradıcı, daha mütərəqqi ideya və təşəbbüslər mərkəzinə çevirmişdir. Burada həyata keçirilən tədbirlər şəhər və kənd mərkəzlərinin tikilməsinə, istehsal və xidmət sahələrinin yaradılmasına, uzaq məsafələrə uzanan yolların salınmasına xidmət edən güclü tikinti potensialını yaratmışdır. Göstərə bilərik ki, bunlar əsas kapitala yönəldilən vəsaitlərin 33 milyon 417 min 200 manatının və ya 96,9 faizinin tikinti-quraşdırma işlərinin payına düşməsi hesabına mümkün olmuşdur.
Ölkə iqtisadiyyatında olduğu kimi, onun regional səmərəliliyinin yüksəldilməsində böyük təsirə malik olan Naxçıvan Muxtar Respublikasında və o cümlədən də, Babək rayonunda sosial-iqtisadi inkişafın ən zəruri məqsədi istehsal amilinin təminatlılığı, fasiləsizliyi, eləcə də bu sahədəki proseslərin düzgün təşkili və idarə olunmasından ibarətdir. Müasir iqtisadi şəraitin obyektiv inkişaf qanunları baxımından da xüsusi əhəmiyyətə malik olan və iqtisadiyyatın idarə edilməsində çevikliyi ilə fərqlənən qüvvə sahibkarlardır. Sahibkarlıq fəaliyyətinin təşəkkülü özünü daha çox isteshal və məşğulluq anlayışlarının vəhdətilə ifadə etməkdədir. Elə bu məqsədlə də Babək rayonunda sahibkarlığın inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016 - 2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası rayonda işaxtaranların sosial müdafiəsinin gücləndirilməsinə, əmək bazarının tələbinə uyğun peşə hazırlığının təşkilinə geniş imkanlar yaratmışdır. Təsadüfi deyildir ki, adı çəkilən Dövlət Proqramında məşğulluq səviyyəsinin yüksəldilməsi üçün mühüm amil olan yeni iş yerlərinin yaradılması istiqamətində sahibkarlığın inkişafına dövlət dəstəyinin göstərilməsi zəruri vasitə olaraq qeyd edilmişdir. Bu mənada Babək rayonunda əldə edilən uğurlar mühüm əhəmiyyətə malikdir. Belə ki, cari ilin yanvar-iyun aylarında rayonda 102 yeni iş yeri açılmışdır ki, bunun da 100-ü və ya 98 faizi daimi iş yerləridir.
Hazırkı inkişaf səviyyəsindən baxdıqda rayonda milli iqtisadi quruculuq prosesləri üçün ardıcıl infrastruktur layihələrinin gerçəkləşdirilməsi tədbirlərindən ibarət töhfələr görünməkdədir. Muxtar respublikada dövlət siyasətinin çox mühüm tərkib hissəsinə çevrilən bu tədbirlər əhalinin sosial sahədəki maraq və mənafelərinə birbaşa olaraq xidmət etməkdədir. Abadlaşan, müasirləşən və yeniliklərlə zəngin olan Babək rayonunun intibahla səsləşən ünvanlarının sayı artmaqdadır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən böyük qayğı və diqqətlə əhatə olunan bu proseslər özünün genişmiqyaslılığı ilə fərqlənməkdədir. Keçən müddət ərzində Nehrəm İmamzadəsinin bərpa olunması muxtar respublikamızın İslam Mədəniyyətinin Paytaxtı tədbirlərinə töhfə kimi böyük əhəmiyyəti mövcuddur. Bununla yanaşı, Şəkərabad kəndində içməli su və kanalizasiya şəbəkəsinin tikintisi məhz Ali Məclis Sədrinin doğma qayğısı ilə təmin edilmişdir.
Bu tədbirlər bütün rayon və kəndlərimizə ümid, inam və etibarlılıq gətirməkdədir. Xüsusilə, sərhəd kəndlərimizin müqavimət gücünün artmasında, onun düşmənə göz dağı olmasında yüksək mahiyyət daşımaqdadır. Səmərəli regional iqtisadi siyasətin ən gerçək ifadəsi olan bu amillər İnkişafın Naxçıvan Modelini bir daha bəyan etməkdədir. Qəhrəmanlıq simvoluna çevrilən Buzqov kəndinin abadlaşdırılması, burada kommunal təminatların və zəruri infrastrukturun yaradılması həm də yüksək vətənpərvərlik ruhunun aşılanmasında qətiyyətli addımlardır.
Beləliklə, Babək rayonu 2018-ci ilin yanvar-iyun aylarında davamlı və inamlı addımlarla sosial-iqtisadi dayaqlarının daha da möhkəmlənməsində yeni mərhələ başlatdı. Əldə olunan uğurlar, gedilən yol isə milli iqtisadi inkişaf üçün çox məhkəm baza deməkdir.
Cavadxan QASIMOV
İqtisad üzrə fəlsəfə dəktoru, dosent




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Zəfərlərə doğru
12.11.2018
“İrəli”nin intellektual yarışlarının Dağlıq Şirvan və Şəki- Zaqatala üzrə qalibləri müəyyənləşib
12.11.2018
Heydər Əliyev Fondu və Milli Onkologiya Mərkəzi birgə onkoloji skrininq və elmi-praktiki konfrans keçiriblər
12.11.2018
İran vətəndaşı daxili orqanlarında narkotik vasitələr keçirmək istədi
12.11.2018
Külli miqdarda xarici valyutanı gizlədərək keçirmək istədi

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10458

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info